Olimpiya çempionlarının anaları danışır

Olimpiya çempionlarının anaları danışır
7 avqust 2012
# 05:00
Bu ilki Olimpiya oyunlarının ev sahibi olan Londonda indi həyəcandan, sevincdən, uğurdan, uğursuzluqdan bol heç nə yoxdur. İdmanla maraqlanmayanlar bu yarışlardan birinə baxsa, az da olsa, həyəcanlanar. Təsəvvür edin, indi idmançı anaları hansı hissləri yaşayırlar...

Olimpiadadan əvvəl hər kəsi “Dünyanın ən çətin işi dünyanın ən gözəl işidir. Təşəkkürlər, ana!” videosu ilə təsirləndirən “P&G”nin “Anaların qüruru” kampaniyasında 73 ölkədən 150 idmançı və anası iştirak edirdi. Kampaniyaya qoşulan dörd ananın fikirlərini təqdim edirik:

Lin Loxte

Amerikan üzgüçü Rayan Loxtenin anası

Qələbələri: 26 qat Dünya Çempionudur, təkcə London Olimpiadasından iki qızıl, 2 gümüş, 1 bürünclə ayrılıb. Bundan əvvəlki olimpiadalardan ümumilikdə 3 qızıl, 1 gümüş, 2 bürünc medalı var. Beynəlxalq yarışmalardan 56 medal qazanıb ki, onun da 36-ı qızıl, 11-i gümüş, 9-u bürüncdür.

“Böyük fədakarlıqla çalışıb”

“Oğlumun bu qədər növ üzrə birdən yarışmağı inanılmazdı. Maykl Felpslə güclü rəqabəti var. İkisi də çox çalışıb. Rayan Londondan əvvəl elə böyük fədakarlıq göstərdi ki…İlk dəfə bu qədər əzmli gördüm onu”.

Valentina Lobinçeva

Rus üzgüçü Nikita Lobınçevin anası

Qələbələri: Pekin Olimpiadasının gümüş, London Olimpiadasının bürünc mükafatçısıdır.

“Üzgüçülükdən əvvəl uşu ilə məşğul idi”

“Balaca vaxtı uşu güləşi ilə məşğul idi. 12 yaşında üzgüçülüyə meyilləndi. Bunu özü istədi. Gedib üzgüçülük məktəbinə öz adını yazdırmışdı. Məktəbdə də qiymətləri yaxşı idi. İkisini də paralel aparırdı. Amma artıq elə bir vaxt gəldi ki, ikisi arasında seçim etməyə məcbur oldu. 16 yaşında üzgüçülüyü seçdi. Qərarlarında həmişə onu dəstəklədik, verdiyi qərarlardan heç vaxt peşman olmamağını arzuladıq. Evimizdə “olimpiada” kəlməsi bəlkə də dörd il əvvəl səsləndi. Bu da Nikitanın 2008-ci ildəki Pekin Olimpiadasına qatılması ilə oldu. İlk dəfə onu tribunadan adi bir tamaşaçı kimi izlədik. Çox həyəcanlı idik”.

Karol Hoy

İngilis velosipedçi ser Kris Hoyun anası

Qələbələri: 11 qat dünya, 5 qat olimpiya cempionluğu ilə rekordsmenlərdəndir. Bunlardan əlavə hər iki çempionatda qızıldan başqa 15 gümüş medal qazanıb.

“Bayrağı daşıması böyük qürurdur”

“Oğlumuz Kris London Olimpiadasının açılışında Böyük Britniyanın bayrağını daşıdı. Onu Londonda izləmək böyük qürur idi ailəmiz üçün. Kris uşaq vaxtından idmanı sevirdi. BMX velosipedinə minib gəzərdi. Edinburqdakı universitetdə oxuduğu vaxtlarda da idmana bu qədər aludə olmamışdı. Riyaziyyat və fizika oxuyurdu. İkici kursdan velosportla daha ciddi məşğul olmaq istədiyini dedi. Evdə oturub ailəliklə yemək yedik və qərarını dəstəklədiyimizi dedik. Dörd il əvvəl olimpiadada qızıl medalını qazanması bizi çox sevindirdi”.

Kristina Rodrigez da Silva

Braziliyalı üzgüçü Felipe França da Silvanın anası

Qələbələri: 3 qat Cənubi Amerika çempionu, Pekin və London Olimpiadalarının iştirakçısı.

“Oğlumu idmana mən cəlb etmişəm”

“Felipe çox aktiv uşaq idi. Bir yerdə dayanmırdı. Eyni vaxtda cüdo, futbol və üzgüçülüklə məşğul olurdu. Qardaşı da üzgüçülüklə məşğul idi, ancaq o atdı idmanı. Felipe də istəyirdi, mən icazə vermədim. Zorla davam elətdirdim. 11 yaşından tamamilə üzgüçülüyə bağlandı. O vaxtdan girdi hovuza, bir də çıxmadı. Üzgüçülük klubu evimizə yaxın idi, onu hər gün məşqlərə aparıb gətirirdim. 17-18 yaşına qədər həm maddi, həm mənəvi cəhətdən ona dəstək olduq. Sonra transfer olduğu üzgüçülük klubu onu dəstəklədi. O yaşda artıq professional idi. Professional karyerasına başlayandan sıx-sıx səyahətlər etdi. Hətta indi o Braziliyanın başqa şəhərində, biz başqa şəhərində yaşayırıq. Ona görə çox darıxıram onun üçün”.

Hazırladı: Rəna Nevzat
# 2181 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal isyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal isyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

15:06 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər