Qadınlar kişilərin birinci nəyinə baxır? ARAŞDIRMA

Qadınlar kişilərin birinci nəyinə baxır? ARAŞDIRMA
14 sentyabr 2011
# 02:00
Qadınlar kişilər haqda danışanda çox vaxt bu şablon ifadəni işlədirlər.

Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib.

Amma etiraf etməliyik ki, bizə yoldaşlıq edən insanı seçəndə xarakter önəmlidir.

Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir. Həm vacibdir, həm də ki, çətin.

İlk görüşdə biz qarşı tərəfin xarakterindən xəbərsiz oluruq.

Görünüş, gözlər, geyim bizə ilkin siqnalları verə bilər. Ancaq ilkin təəssüratlar bizi yanılda bilər.

Tanışlıqlar çox vaxt eyni yerlərdə olur: iş yeri, qonaqlıq, internet, küçə və s.

Bu ortamlarda insanların fikir verdikləri şey qarşı tərəfin görünüşdür.

Bəs görəsən, cinslər bir-birlərində ilk nəyə baxır?


Ayaqqabılar və dişlər

Kişilər üçün bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Əlbəttə ki, kişilər ilk növbədə ümumi gözəlliyə fikir verir. Qalanları isə sonra gəlir. Məsələn, kişi zövqsüz geyinən, amma gözəl olan bir qadını seçə bilər.

Bu toplumdan topluma dəyişə də bilər. Şərq cəmiyyətlərində qadının gözəlliyi ilə yanaşı, namus, ismət məsələsi də vacibdir.

Bəs qadınlarda necədir? Qadınlar kişilərdə ilk növbədə nəyə fikir verir?

Bu suala cavab tapmaq üçün Google-da xırda araşdırma apardım.

Qabağıma bir video-sorğu çıxdı. Qadınlara sual olundu: kişilərdə ilk nəyə baxırsınız?

Cavablar fərqli idi: gözlər, gülüşü, ağlı, boy-buxun, saçları, geyimi...

Qadınlar çoxu kişilərin ayaqqabılarına və dişlərinə baxdıqlarını deyirdilər.


Qadın üçün ideal kişi?


Başqa bir araşdırmanı alman sosial psixoloqu Ronald Henss aparıb. Araşdırma nəticəsinə görə qadınlar və kişilər özlərinə portnyor seçəndə öncə gözünə xoş gələn adamı seçirlər.

Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələr də, xarici görünüşü üstün tuturlar.

“Qadınlar yaraşıqlı və sağlam bədənli kişiləri öz uşaqlarına ata olaraq görürlər. Bu onlar üçün keyfiyyətin əsas simvoludur”.

Qadınlar üçün ideal şərtlər: yaraşıqlı, sadiq, sabit xarakterli, ağıllı, cəmiyyətdə yaxşı statusa malik olan kişilər.

Araşdırmanın nəticəsinə görə qadınlar kişilərdə ən birinci fikir verdikləri şeylər belə sıralanır: Gülüş (dişlər) – 40 %, gözlər – 35 %, geyim – 11%, saçlar – 4%, bədən – 4%, ayaqqabılar – 2%, əllər – 1%.

“Qadınlar nə istəyir?”- bu məşhur sualın cavabını tapmaq çox çətindir.

Ancaq bu sorğuların nəticələrinə əsaslanıb, həmcinslərimə ayaqqabılarına, dişlərinə, saçlarına fikir vermələrini məsləhət görürəm.


Elmin HƏSƏNLİ
# 10724 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər