Emi Uaynhausun atası narkotiklə mübarizə fondu yaradır

Emi Uaynhausun atası narkotiklə mübarizə fondu yaradır
12 sentyabr 2011
# 15:20
28 yaşında vəfat edən müğənni Emi Uaynhausun atası narkotik aludəçilərinə yardım üçün fond yaratmaq istədiyini deyib.

Müğənninin atası Mitç Uaynhaus: “Emi burdadır. Uşaqların ona ehtiyacı var”, - deyə qızının ölümü ilə barışmaq istəmir.

Kulis.az “The Sun”-a istinadən bildirir ki, 60 yaşlı Uaynhaus qızının ölüm xəbərini Nyu-Yorkda aldığını necə aldığını danışıb:

“Nyu-Yorkda qohumlarımın yanında idim. Emini soruşdular, dedim yaxşıdır. Çox keçmədi ki zəng gəldi. Eminin qapıçısı ağlaya-ağlaya Eminin öldüyünü dedi. İnanmadım, çünki Emi çox yaxşı ölü təqlidi edə bilirdi. Düşündüm ki, bəlkə bu da zarafatdır. Hələ də inanmıram...”

Mitç Uaynhaus, Emi Uaynhaus adına Fond üçün ianələr toplamağa müğənninin 28-ci ad günündən sonra başlayacaq.

Fond narkotiklə mübarizə aparan, həmçinin musiqi fəaliyyəti ilə məşğul olan gənclərə də kömək edəcək.

Günel Əsgərzadə
# 1907 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər