Kaş Çe Qevara ilə…

Kaş Çe Qevara ilə…
6 sentyabr 2011
# 12:05
İki Oskar mükafatlı amerikan aktrisa Ceyn Fondanın ən böyük peşmanlığı argentinalı inqilabçı Çe Gevara ilə yatmamağı imiş.

Jurnalist Patrisiya Bosvortun “Ceyn Fonda: ictimai qadının şəxsi həyatı” adlı kitabında üç dəfə evli olan 73 yaşlı aktrisa ilə maraqlı söhbətləri yer alıb.

Adı bəzi siyasi aktivistlərlə eşq dedi-qodularında hallanan, Vyetnam müharibəsinə qarşı çıxması ilə seçilən aktrisa bir feminist tədbirində: “Ən böyük peşmanlığım Çe Gevara ilə yatmamaq olub”, - deyib.

Kitabda aktrisanın ikinci əri məşhur aktivist Tom Haydenlə münasibətlərinə də yer verilib. Əri Fondaya çox burjua olduğu üçün qabyuyan və paltaryuyan maşını qadağan edibmiş. Hətta aktrisa “Cartier” markalı saatından da imtina etməli olub. Fonda Haydendən 1989-cu ildə “Həyatı tək bir adamla paylaşmaq” istəmədiyi üçün ayrılıb.

Günel ƏSGƏRZADƏ
# 2493 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər