Azərbaycanlı tarzən Kanadada konsert verib

Azərbaycanlı tarzən Kanadada konsert verib
5 sentyabr 2011
# 12:24
Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Beynəlxalq Niaqara Musiqi Festivalı (Music Niagara 2011) çərçivəsində Kanadanın Toronto və Ontario şəhərlərində konsert verib.

R. Quliyevin festival zamanı nümayiş etdirdiyi ifa yerli dinləyicilər və tanınmış musiqiçilər tərəfindən böyük maraqla qarşılanıb.
Avqustun 26-da Müqəddəs Mark Kilsəsində gerçəkləşən qala-konsertdə Ramiz Quliyevi Kanadanın Niaqara “İpək Yolu” simfonik orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri və dirijoru İsmayıl Hacıyevdir.

R. Quliyevlə bərabər həmin gecə Niaqara Festivalının bədii rəhbəri Atis Bankas, Jefri Verbok, Televiziya Muğam Müsabiqəsinin laureatı Ehtiram Hüseynov, əməkdar artist Həsən Enami, müğənni Yusif Savalan, “Gelato” kvarteti və pianoçu Riad Məmmədov da çıxış ediblər.

Növbəti konsert Torontoda “Muğam Mərkəzinin” açılışına təsadüf edib. Muğam Mərkəzi Azərbaycanın Kanadadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə yaradılıb.
# 1854 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər