Küçənin ortasında öpüşər, sonra dalaşardılar
5 sentyabr 2011
05:00
Baş əymədiyi sevgisi və əzablarıyla birlikdə, bilə-bilə ölümə getdi…
“Rehab” mahnısında dediyi kimi dosta ehtiyacı var idi. Onu narkotika alışdıran keçmiş əri Bleyk Filder-Sivilə də bu qədər bağlı olmasının səbəbi yəqin ki, onu başa düşən yeganə adamın o olmasına inanmasıydı.
Öləndə həyatında başqa biri də var idi. Amma Bleyk ilə son günlərinə qədər görüşməyə davam edirdi.
Emi Uaynhaus “21-ci əsrin sevgisi” adlandırılan münasibəti yaşamasaydı həyatda qala bilərdimi, görəsən?
Emi Uaynhausun ilk albomu olan “Frank”ın 2003-cü ildə satışa çıxmasından sonra tanış oldular. Bir pabda qarşılaşmışdılar.
Bleyk Filder-Sivil o gün haqqında belə deyir: “Qapını açdım. Qabağıma çıxan birinci adam Emi idi. Bax bu qədər. O gecədən sonra enişli-yoxuşlu sevgi hekayətimiz başladı”.
Ancaq onların münasibətləri dava-dalaş, işgəncədən ibarət idi. Buna görə ayrılmaq üçün çox çalışdılar. Birinci dəfə ayrılandan sonra ikisi də özünə təzə sevgili tapdı. Amma bir-birlərini unuda bilmədilər. Emi Uaynhausun “Back to Black” albomu həmin günlərin təəssüratları ilə ortaya çıxdı.
Ayrılığa dözə bilməyən cütlük 2007-ci ilin 18 mayında Mayamidə evləndilər. Bədənləri döymələrlə dolu olan bu qeyri-adi bəy-gəlin ingilis paparatsiləri üçün çox böyük material idi.
Nə zaman sevişəcəkləri, nə vaxt döyüşəcəkləri bəlli olmurdu.
Bəzən küçənin ortasında dayanıb öpüşən yerdə, bəzən bir-birlərini şillə-təpiyin altına salan yerdə yaxalanırdılar.
Ən pis fiziki işgəncə evliliklərinin 3-cü ayında oldu. Emi Uaynhausun üzü ağlamaqdan məhv olmuşdu. Qaşı partlamışdı. Ayaqqabıları qan içindəydi. Ərinin də üz-gözü dırnaq iziylə doluydu. Bu vəziyyətdə çəkilmiş şəkilləri ingilis mətbuatında geniş yer aldı.
Bu qanlı mənzərəyə baxmayaraq, Uaynhausun sinəsində “Bleyk”, ərinin qulağının arxa tərəfində isə “Emi” döyməsi diqqəti cəlb edirdi. Bleykin boynundakı boyunbağıda cütlüyün qucaqlaşan yerdə şəkilləri var idi. Şahidlərin ifadələrinə görə, Uaynhaus bu davadan canını bir təhər qurtarmışdı. Buna baxmayaraq, suların durulması üçün bir neçə saat lazım oldu. Cütlük qan-tər içində bir-birinə sarılaraq evlərinə getdi.
Uaynhaus getdikcə zəifləyirdi…
Əri onu kokainə və eroyinə alışdırdığını deməkdən çəkinmirdi. Çünki Uaynhaus bu problemli adamı dəli kimi sevirdi. Evli olduqları müddətdə Bleyk bir pabın sahibinə hücum edərək çənəsini sındırdığına görə 8 ay həbsxanada qaldı.
O, “içəridə” olduğu zaman Uaynhaus atasına demişdi: “Ayrılıq əzabı bizi intihara sürükləyir”.
Bleyklə evli olduğu vaxt Uaynhaus başqa bir adamla da münasibətdə oldu. Yenidən aşiq olduğunu və narkotikə ehtiyacı olmadığını deyirdi. Amma nə onunla, nə də əriylə münasibətləri qaydasında olmadı.
Cütlük boşanmağa qərar verdi. Bleyk narkotiksiz bir həyat istədiyini deyirdi. Uaynhaus isə - “Bleyk, mənim kişi versiyamdır, onu hələ də sevirəm. Məndən boşanmasına icazə vermərəm”, - deyirdi.
Amma olmadı. 2009-cu ildə boşandılar.
Emi Uaynhaus yenidən həyata qayıtmağa, təzə məhəbbətlər yaşamağa çalışdı. Sonuncu bir ildə rejissor Reg Traviss ilə bir yerdə idi. Traviss sevgilisini narkotik bataqlığından qurtarmaq üçün cəhd göstərirdi. Bacara bilmədiyini görüb ayrılığı seçdi. Bu hadisə Uaynhausun ölümündən təxminən bir ay qabaq baş vermişdi.
Bəs Bleykin taleyi necə oldu? Başqa bir qadından uşağı dünyaya gəldi. 2011-ci ildə yenidən həbs olundu. Günahı oğurluq və qanunsuz silah gəzdirmə idi. Uaynhausun ölüm xəbərindən sonra Bleykin anası belə deyirdi: “Oğlum Eminin ölüm xəbərini öyrənəndə intihar edə bilər. Həbsxana rəhbərliyindən xahiş etmişəm ki, Bleyk xüsusi qayğı göstərsinlər. Hələ də telefonla əlaqə saxlayırdılar”.
Bleyk xəbəri eşidib belə reaksiya verdi: “Heç kimi onun qədər sevmədim. Göz yaşlarımı saxlaya bilməyəcəm”.
Anasının dediklərinə inansaq, Emi ən böyük sevgisini ömrünün son günlərinə qədər unutmamışdı.
İstəyirdi ki, ən pis günlərində Bleyk onun yanında olsun. Nə bir yerdə ola bildilər, nə də ayrı...
Bleyk ilə narkotikə alışdı. Amma uğur qazanmaq üçün həmişə Bleykin dəstəyini gözlədi.
“21-ci əsrin sevgi hekayəti” – deyə adlandırılan bu münasibət Emi Uaynhausun ölümü ilə bitdi. “Uaynhaus narkotik və içkidən öldü” yazırlar. Amma onu narkotikə və içkiyə sürükləyən Bleyklə yaşadıqları idi...
(“Tempo” jurnalı)
Uyğunlaşdırdı: Elmin HƏSƏNLİ

1306 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024