Anaların ən yaxşı bildiyi 20 şey
1 sentyabr 2011
06:00
Analıq genləmi ötürülür, yoxsa gizli təlimləmi keçir? Necə olur ki, onlar bir-birinə bu qədər oxşayırlar?
Bəzi şeylər var ki, doğrudan da onu analardan yaxşı bacaran olmur.
Beləliklə, anaların ən yaxşı bacardığı 20 şey:
1.Dostları araşdırma mərkəzi
Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.
2.Anamız “usta aşpaz”dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: “Anam bunu daha dadlı bişirirdi, bəlkə? yeməyin tərifin ondan götürəsən?” - deməsi əsl fəlakətdir.
3.Analar “axtarış” sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoyubmuş kimi tez tapır. “Necə tapdın” sualı mənasızdır, onlar bu işdə mahirdirlər.
4. Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub “5 dəqiqə də yatım, duracam”, - deyib yenidən yatacaqsınız. Bircə ananıza “Məni 7-də oyada bilərsən!?” - desəniz axşamdan, inanın, gecikmə ehtimalınız yoxdur.
5. Hər şeyin ən ucuzunu tapmaq
Ailə büdcəsi nə olursa-olsun, ana o büdcəyə hər şeyi sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar. Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz var. Anaların belə imkanları olmasa da, harda endirim, ucuzluq var, bilirlər.
6. “O lazım idi axı mənə…”
Dağınıq otaqlarımızı yığışdıranda hansısa əşyanı lazımsız bilib tullayarlar. Onun sizə lazımlı olduğunu başa sala bilməzsiniz.
7. Meyvə doğramaq
Meyvə qarışığını heç kim onlar kimi edə bilməz. Almadan, portağaldan soyub, üzümdən, qarpızdan dilimləyib tam bərabərliklə bölüşdürüb, qarşınıza qoyar.
8. Dinləməkdən yorulmazlar
Dostlarınıza da dərdinizi danışa bilərsiniz, amma ananız dərdinizi
dinləməkdən heç vaxt bezməz. Düzdür, məsləhətləri o qədər də bizə uyğun olmur, amma hərdən yerinə düşənləri də tapılır.
9. Təmizkarlıq xəstəliyi
Otağınızı, evinizi nə qədər təmiz saxlamağa çalışsanız da, analarımızın
gözündə həmişə “səliqəsiz” və “dağınıq” olur. Evə, otağa girən kimi təmizliyə başlayıb, şkaflarımızın künc-bucağını da silməmiş çıxmaq bilmirlər.
10. Ana, qurtardı!
İndi boynunuza almasaz da, uşaq vaxtı hamı kimi siz də tualetdən “ana, qurtardı!”- deyə səslənmisiniz. Deyin, anadan başqa kim edər bunu?
11. Ad günü dəftəri
Analar hamının ad günlərini əzbər bilərlər. “Bibinə zəng vur, bu gün ad günüdür”, - deməsə, heç kimin yadına düşməz. Analar olmasa, qohum-əqrəba ilə bütün əlaqələrimiz kəsilər…
12. Analar ən etibarlı bankdır!
Ayın axırı çatıb, maaşınız bitib. Belə vəziyyətdə yenə ilk analar yada düşür. Onların hamıdan gizlin bir kassaları həmişə var.
13. Kürəyə əski qoymaq
Ta dördüncü sinfə qədər az qala davam edən haldır. Xüsusən oyun vaxtı qaçıb tərləyəndə, analar hardansa bir əski çıxarıb dərhal belimizə qoyardı. Hələ qonaq gedəndə, beş-altı köynək daşımağın nə qədər praktik bir şey olduğunu, ancaq böyüyəndə anlaya bilərik.
14. Sirrini anaya ver!
Ailədə həmişə belə vəziyyət olur: ana atadan nəsə gizlədir. Evə gec gələndə atanıza bir yalan uydurar, evə içkili gələndə başqa bir şey düşünüb sizi vəziyyətdən çıxarar.
15. Heyvanların da dostu
Yalvar-yaxarla alınan bütün heyvanlar axırda ananın ümidinə qalır. Əvvəl saxlamaq istəməsə də, sanki övladının “günahını yumaq” üçün heyvanlarla dostlaşar, vaxtında yeməklərini verər, suyunu dəyişər. Yenə də ana…
16. Danlamağa bir candır!
“Filan şeyi niyə etməmisən?”, “Sizə bir şey tapşırmalı deyil” kimi cümlələri eşitmək artıq adi haldır. Analar sizi bütün hallarda danlaya bilər, lap Amerikanın prezidenti olasınız belə.
17. Texnik analar
Evdə ütü, razet, adaptor xarab oldumu, analar bütün texniki alətləri qarşısına tökər və düzəldər. Lampa dəyişmək isə uşaq oyuncağıdır onların əlində.
18. “Qalın geyin”
Qış vaxtı lap kürk geyinin, yenə analarımız “Qalın geyin”, yazda “Qalın bir şey götür”, “Xəstələnərsən a, nazik geyinib çıxma” kimi mütləq deyinirlər arxamızca. Fəsillər də onları aldada bilməz, heç vaxt ehtiyatı əldən verməzlər.
19. Uşağı etibar etmək
“Nəvə övladdan şirindir”, - atalar sözünü əsas gətirib, bütün evli cütlüklər bir tədbir, iş çıxan kimi uşaqlarını dərhal analarının yanına qoyub çıxırlar. Bundan sonra heç zəng vurmasanız da olar. Çünki analar hamıdan yaxşı baxar onlara.
20. “Yemək” poçtu
Rayonlardan paytaxta oxumağa, işləməyə gələnlərin ən sevdiyi vaxt - analarından “yemək” poçtunun gəldiyi vaxtdır. Analar nəinki rayondan Bakıya, lazım olsa Amerikaya, Afrikaya da yemək sovqatınızı göndərər, təki siz istəyin…
Günel ƏSGƏRZADƏ

1156 dəfə oxunub
Oxşar xəbərlər
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024