Gülnar: “Bizə gələ bilərsən?
24 avqust 2011
16:11
Soyuq bir qış günü idi.
Çayxanada bir neçə saat domino oynayıb vaxt öldürəndən sonra təmiz hava udmağa çıxmışdım. Gəncədə qar yağanda hava o qədər təmiz olur ki, təmiz hava udmaqdan adam doymur. Qarın üstündə iz sala-sala “Şah Abbas” məscidinin yanında gəzişirdim. Qar yağanda siqaret sümürməyin ayrı ləzzəti var. Bütün diqqətimi havada uçuşan qar dənələrinə yönəltdiyimdən, ətrafımda qartopu oynayan gənclərə demək olar ki baxmırdım. Qəfildən başıma dəyən qatopu məni elə diksindirdi ki, qışqırdım.
Məndən 10-15 metr kənarda dayanıb qartopuoynayanlara baxan xanım şaqqanaq çəkib gülməyə başladı. Mən pərt halda növbəti siqareti yandırmaq istəyəndə xanıma da qəşəng bir qartopu “tutuzdurdular”. Məndən fərqli olaraq ağ şuba paltosuna bərk-bərk bürünən xanım qartopu oynayanlara qışqırmağa başladı. “Axmaqlar, sizin ananız, bacınız yoxdur? Utanmazlar, gedin öz tayınıza atın qartopunu.” Qadının hirslənməyi mənə ləzzət elədi. Siqaret çəkə-çəkə ona yaxınlaşdım. Hələ də güldüyümü görüb tərs-tərs üzümə baxdı:
-Nədi, nəyə gülürsən?
-Heeeeç.. Amma yaman dəydi ha...
-Heç incitmədi. Amma sənə babat vudular. Düz başından.
Hələ tanış olmağa imkan tapmadığım qadınla şirin-şirin danışır, onun gizli-gizli süzürdüm. Qartopu oynayanları yamanlaya-yamanlaya nəhəng çinar ağacının altına gəldik. Bu dəfə qartopu oynayanlar bizi yox ağacı hədəfə götürdülər. Ağacdan tökülən topa-topa qarın altında ikimiz də ürəkdən güldüşdük.
Fürsəti əldən vermədim. Adını öyrəndim. Öyrəndim ki, adı Gülnardır. Ailəlidir. Düzü ailəli olduğunu öyrənəndən sonra həvəsdən düşsəm də, candərdi söhbəti davam etdirdim. Qardan, qışın gözəlliyindən danışdıq. Mən də özüm haqqında qısaca məlumat verdim, evli olduğumu, xanımımın küsüb atası evinə getdiyini, evə tək qala bilmədiyim üçün çayxanada vaxt keçirdiyimi bildirdim.
Gözləmədiyim halda telefon nömrəmi istədi. Mobil nömrəmi dedim. Nömrəni yazan kimi, sağollaşdı. Birlikdə kifayət qədər dayanmışdıq, bir az da bir yerdə dayansaq ətrafdakıların diqqətini çəkəə bilərdik. Bu isə ailəli adamlar üçün namünasib hal idi.
Tezbazar sağollaşıb ayrıldıq. Uzaqdan onu müşahidə eləməyə başladım. Məndən uzaqlaşıb tənbəl-tənbəl dayanacağa tərəf yönəldi. Qəfil rastlaşdığım bu qadının mənddən telefon nömrəsi alması, maraqlı baxışları nəni bir xeyli məşğul elədi.
Sonra arxasınca düşüb hara getdiyini müşahidə elədim. Dayanacaqda ikimiz də eyni marşruta mindik. Təsadüfə bax...Biz qonşu idik.
Gecə divanda uzanıb televizora baxırdım. Otaq isti, divan rahat olsa da əhvalım pis idi. Gülnarı tam düşündüyüm anda zəng elədi. Bir xeyli telefonla danışdıq, mən onu çay içməyə dəvət elədim. Ancaq bilirdim ki, gecə vaxtı onun bizə gəlməsi mümkün deyil. Bir xeyli ordan-burdan danışdıq, sağollaşanda Gülnar çəkinə-çəkinə məni evlərinə dəvət elədi:
-Gələ bilərsən bizə?
Gözləmədiyim halda aldığım təklifi qəbul eləməmək olmazdı. Zatən dörd divarda özümü çox tənha hiss edirdim. Əynimi qalın geyinib evdən çıxdım. Gülnarın axşamüstü avtobusdan düşdüyü yeri tapmaq o qədər də çətin olmadı. Bir siqaret yandırıb gecənin soyuğunda titrəyə-titrəyə bir az gəzinib Gülnara zəng elədim. Gülnarın telefonu məşğul idi. Geriyə qayıtmağı düşünürdüm ki, telefonuma mesaj gəldi. “45 nömrəli qapı. Açıqdır. İçəri keç və qapını üstündəki açarla bağla”
Qorxa-qorxa darvazaya yaxınlaşıb, qapını itələdim. Həyətdə işıq yanmırdı. İçəri keçib alışqan işığında qapını bağladım. Evlə qapının arası 30-35 metr olardı. Həyətdə üstü səliqə ilə örtülmüş “Lexsus” markalı avtomobil dayanmışdı. Qorxudan ödüm ağzıma gəlsə də, özümü tox tutub evə tərəf yeriyirdim. Evin qarşısında Gülnar xəyal kimi dayanmışdı. Pilləkənlə evə qalxa-qalxa hiss elədim ki, evin sahibi kimdirsə çox imkanlıdır.
Evdə gurhagurla qaz peçi yanır, ev kinoteatrnda hansısa türk serialının neçəncisə seriyası gedirdi. Bir kənarda dayanıb Gülnarın təklifini gözləyirdim. Gülnar həyəcandan əsə-əsə mənə kresloda yer göstərdi. Gülnara bu dəfə daha diqqətlə baxdım. Mütənasib bədəni, ağ dərisi, qapqara saçları geyindiyi dar xalat onu çox çəkici göstərirdi. Diqqətlə gözlərinin içinə baxdım. Hələ də həyəcandan əsirdi. Aradakı buzu əritmək, onun həyəcanına son vermək üçün siqaret çıxardıb söhbətə başladım.
-Gülnar, tək qalırsan bu boyda evdə?
-Yox, bacımla. Bu gün bacım anamın yanına gedib, ona görə təkəm.
Gülnar danışa-danışa keçib üzbəüz kresloda əyləşdi. Danışdıqca həyəcandan tez-tez boğazı tutulur, sözünü kəsib döyükürdü. Hiss eliyirdim ki, bərk qorxur. Özümü toxtaq aparsam da mən də qorxurdum. Söhbətindən başa düşdüm ki, əri özündən 25 yaş böyükdür. Rusiyada ailəsi, Gülnarla yaşıd övladları var. Ərinin yaxın rayonlardan birindən olmasını, atasıyla dost olmasını, atası Rusiyada öldürüləndən sonra atasının dostunun onların ailəsinə baxmasını danışanda mənə elə gəldi ki, çox iyrənc bir hekayə eşidəcəm.
Ancaq gülnar əri Eldarı elə tərifləyirdi ki, tamamilə yanıldığımı başa düşdüm. Sən demə Eldar Gülnarla ailə qurmaqla onların həyatını xilas edibmiş. Atası Rusiyaya gedəndə Gülnar Universitetin son kursunda oxuyurmuş. Atası Rusiyada pul qazanmaq əvəzinə qumara qurşanır, günlərin bir günü də qumar borcunu verə bilmədiyi üçün öldürülür. Borc sahbləri onun cənazəsi Gəncəyə çatmamış, özlərini Gəncəyə çatdırırlar. Borc üstündə ailəyə hədə qorxu gəlib, borc əvəzinə Gülnarı aparacaqları ilə anasını hədələyirlər.
Eldar dostunun cənazəsini Gəncəyə gətirib çıxaranda, baş verənləri eşidir. Tez-bazar Gülnarın anasıyla danışıb, Gülnarın barmağına nişan üzüyü taxır. Atasının dəfnindən 3 gün keçmiş, borc üçün “razborkaya” gedən Eldar Rusiyadan gələnlərə başa salır ki, onun nişanlısını heç yana apara bilməzlər. Borcu da Rusiyaya qayıdan kimi qaytaracağına söz verir.
Beləcə Gülnar özündən 25 yaş böyük Eldarla ailə qurur. Şəhərdəki evinə Gülnarı ad-sanla gəlin gətirir, bir ay Gülnarla birlikdə yaşayandan sonra Rusiyaya işlərinin arxasınca qayıdır. O gündə Gülnar ərinin ancaq səsini eşidir. Evləndiklərindən 2 il keçsə də 24 yaşlı Gülnar əri ilə cəmi 1 ay birlikdə yaşayıbmış.
Bütün bunları danışdıqca Gülnar hönkürüb ağlayır, qorxduğunu, məni çağırmağa peşman olduğunu bildirirdi. Onu sakitləşdirib bir çay istədim. Çayı dəmləyib gətirənə qədər, Gülnar xeyli sakitləşmişdi. Çayı süfrəyə qoyanda göz-gözə gəldik. Sakitcə əllərindən tutub onu yanımda otuzdurdum. Gülnarın bu gecə vaxtı məni çağırmaqda məqsədi mənə kədərli hekayəsini danışmaq deyildi. Gözlərindən istəyini anlamışdım. Onu qucaqlayıb sinəmə sıxıdım, sonra asta-asta dodaqlarından öpdüm.
Gülnar müqavimət göstərmədən mənə sarıldı. Kreslonun üstündə öpüşə-öpüşə onu qucağıma alıb yataq otağına keçdim. Yataq əvvəlcədən açılmışdı. Gülnar öpüşə-öpüşə üstümdəki paltarları soyundurmağa çalışır, məni tələsdirirdi. Mən isə öz asta tempimlə onun soyundurur, boğazından, sinəsindən, döşlərindən öpürdüm. Qəfildən Gülnar məni üstündən kənara itələdi, divrdakı toy şəklinin çıxarıb üzü divara söykədi. Soyuna-soyuna çarpayıya yaxınlaşıb üstümə atıldı.
Gecə yarısına qədər Gülnarla sevişdik. Səhərə qədər qala bilməzdim. Paltarlarımı geyinib otaqdan çıxanda, çarpayıda uzanan Gülnar zəif səslə məni çağırdı. Geri qayıtdım. Yenidən uzun-uzun öpüşdük. Gülnar əyininə xalat geyinib soyuq havada mənimlə həyətə düşdü. Qapıdan məni yola salanda, çılpaq sinəsinə baxdım. Bədəni hələdə hərarətli idi. Yenidən öpüşdük.
Küçəyə çıxıb bir siqaret yandırdım. Ayaz və şaxta iliyə işləyirdi. Özümü günahkar hiss eləyirdim.
Cəlil CAVANŞİR

7294 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024