Məşhur türk aktyor Nəsimidən sitat gətirdi

Məşhur türk aktyor Nəsimidən sitat gətirdi
22 avqust 2011
# 12:04
Türk aktyor Kənan İmirzaloğlu sevgilisi ilə getdiyi Yunan müğənni Corc Dalarasın konsertində jurnalistlərin suallarına tuş gəlib.

Jurnalistlərlə olan əvvəlki qalmaqallardan dərs çıxaran aktyor bu dəfə təmkinlə suallara cavab, fotolarının çəkməsinə də icazə verib.

İmirzaloğlu sevgilisi Özge Akbulut münasibətləri haqda verilən suallara: “Mən məmnunam” , - deyə cavab verdikdən sonra Nəsiminin bir misrası ilə sözlərinə yekun vurub: “Xoş olayım, olmayayım. O yar mənim kimə nə?”

Kulis.az Nəsiminin “Kimə nə” rədifli qəzəlini təqdim edir. Onu da qeyd edək ki, məşhur aktyor qəzəlin son beytindən iqtibas edib.

Mən itirdim, mən araram,
O yar mənim kimə nə?
Gah gedərəm öz bağıma
Gül dərərəm kimə nə?

Gah gedərəm mədrəsəyə
Dərs oxuram haqq için
Gah gedərəm meyxanəyə
Dəm çəkərəm kimə nə?

Sufilər haram demişlər
Bu eşqin şərabına
Mən doldurur,mən içərəm
Günah mənim kimə nə?

Bir məlamət hirqəsini
Özüm geydim əynimə
Ari-namus şüşəsini
Daşa çaldım kimə nə?

Sufilər səcdə edərlər
Məscidin mehrabına
Yar eşiyi səcdəgahım
Üz sürərəm kimə nə?

Gah çıxaram göy üzünə
Hökm edərəm qafdan qafa
Gah enərəm yer üzünə
Yar sevərəm kimə nə?

Sufilər belə deyərmiş
Gözəl sevmək çox günah
Mən sevərəm sevdiyimi
Günah mənim kimə nə?

Nəsimiyə sordular ki
Yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım
O yar mənim kimə nə?
# 3463 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər