Sənət düşməni olan o qadın

Sənət düşməni olan o qadın
16 avqust 2011
# 11:47
Anri Matissin Vaşinqtondakı Milli qalereyada sərgilənən “Lələkli papaq” adlı əsərinə hücum olunub.

Kulis.az “Washington Post”a istinadən xəbər verir ki, şəklə zərər vurmağa çalışan Suzan Börns adlı amerikalı qadın bundan əvvəl Pol Qoqenin “İki qız” əsərini yumruqladığına görə həbs olunub

Matissin 1919-cu ildə çəkdiyi rəsmi Börns divardan çıxarıb və bir neçə dəfə divara çırpıb. Nəticədə 250 dollar dəyərində olan çərçivə yararsız hala düşüb, ancaq xoşbəxtlikdən əsər zədələnməyib.

Məhkəmə “sənət düşməni” olan qadına, Qoqenin rəsminə hücumdan sonra Vaşinqtonun bütün muzeylərinə girişi qadağan edib. Buna məhəl qoymayan Börns bu dəfə oğurluğa cəhd, sərgidəki əşyalara zərər vurma, muzeyə qanunsuz giriş, məhkəməyə hörmətsizlik maddələri ilə yenidən mühakimə olunacaq.

Börnsün 2,5 milyon dəyərində olan “Lələkli papaq” əsərini məhv etmə səbəbi hələ məlum deyil. Ancaq qadın Qoqenin 80 milyon dəyərində olan əsərini zədələməsini belə izah etmişdi: “Onun əsərlərində təsvir olunmuş çılpaqlıqların uşaqlar üçün zərərlidir. Bu əsərlər məhv olmalıdır. Hamınızı öldürəcəyəm”

Bundan başqa, Suzan Börnsün əvvəllər də həbsdə yatdığı məlum olub. Belə ki, o, 2006-cı ildə polisə təcavüz və döymək cinayəti ilə 6 ay həbs cəzası alıb. 2002-ci ildə də başqasının ərazisinə icazəsiz girdiyinə görə məsuliyyətə cəlb olunub.

Günel Əsgərzadə
# 1608 dəfə oxunub

Oxşar xəbərlər

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

13:00 16 iyun 2026
Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

14:00 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

10:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər