“Azadlıq adası”nın qlamurları - FOTOSESSİYA

“Azadlıq adası”nın qlamurları - FOTOSESSİYA
10 avqust 2011
# 14:44
Bu yazı Kuba haqqındadır. Amma bu dəfə xarabanı xatırladan sarı evləri, səfalət içində yaşayan uşaqları, siqarları və köhnə model Amerikan avtomobillərindən bəhs etməyəcəyik.

Daha öncə görmədiyiniz, Qərb mediasında yer almayan imtiyazlı, elitar Kubadayıq.

Amerikalı fotoqraf Maykl Dvekin təqdimatında pasportu olan, dəblə geyinən qadınlar və kişilərlə tanış olacağıq.

Hamısı belə deyir: “Kubalı olmaqdan qürur duyuruq, amma daha yaxşı bir həyat istəyirik. Artıq dəyişiklik vaxtı gəlib çatıb”

***

Sosialist Kuba 1959-cu il inqilabından sonra ilk dəfə iqtisadiyyata təsir edəcək islahatlara başlayıb.

Bu ilin aprel ayında 300 iqtisadi islahat aparılacağı elan edilib. Dövlət vətəndaşlara xırda sahibkarlıqla məşğul olmağa, ev-avtomobil alıb satmağa, hətta xaricə səyahət etməyə belə icazə verməyə başlayıb.

Kuba böyük bir dəyişiklik astanasıdaykən fotoqraf Maykl Dvekin fotoları ilə qarşılaşırıq. Fotolarda adət etmədiyimiz bir Kuba var.

Dəbə uyğun geyinən, müasir eynəklər taxan, son model mobil telefonlar işlədən, zamanla ayaqlaşan kubalılar.

M.Dvek bu fotoları oktyabr ayında buraxacağı “Habana Libre” adlı kitabı üçün çəkib.

- Kubanı çəkmək üçün sizi nə həvəsləndirdi?

- Kuba adamı başdan çıxaracaq ölkədir. Təhlükəlidir, cazibədar və avtoritardır. Aurası, harizması var, insanı cəlb edir. Amerikadakı siyasi təbliğat bizi Kubanın köhnə maşınlar, tökülmüş binalar, bədbəxt və çarəsiz insanlardan ibarət olduğuna inandırıb. Əslində, Kubanın da sirləri var. Mən “Habana Libre” ilə dünyanın bu fərqli bölgəsinin kəşfinə çıxmışam. Bu fotolar və kitab insanların Kuba ilə bağlı fikirlərini dəyişdirəcək.

- Kuba ilə bağlı nəyi bilmirik?

- Bu ölkənin zəngin mədəniyyəti və qürurlu insanları var. Oxuyub-yazma səviyyəsi çox yüksəkdir. Tibb sahəsində çox güclüdürlər. Səhiyyə xidmətləri çox yaxşıdır. Amma təəssüf ki, ölkədə pul yoxdur. Yenə də bu adada bəzi insanlar digərlərin çox yaxşı şəkildə həyatda qala biliblər.

- Kimdir onlar?

- Kitabda sinifsiz cəmiyyətdə imtiyazlı bir qrupdan bəhs edirəm. Bu qapalı qruplar arasında sosial əlaqələr var. Axşam bir şənlik olacaqsa, mobil telefonlara mesajlar gəlir. Bu qrupların içində adamın gözünü qamaşdıran modellər, istedadlı aktyorlar, rejissorlar, yazıçılar var.

- Deməli, digər kubalılardan fərqli olan dünyaları var...

- Bizim danışdığımız, şəkillərini çəkdiyimiz adamlar digər ölkələrlə daim əlaqə saxlayırlar. Çox asan olmasa da, səyahətə çıxa bilirlər. Mağazalar yoxdur, amma modaya uyğun geyinirlər. Sosialistdirlər, amma kapitalizm olmasa yox olub gedərlər. Çünki yaratdıqları işləri dünya bazarında satmalıdırlar.

- Kapitalizm Kubanı daha xoşbəxt bir ölkəyə çevirə bilərmi? Yoxsa onlar belə xoşbəxtdirlər.

- Bu mənim üçün çox çətin sualdır. Bunun cavabını verə bilmərəm.

- Orda neqativ heç nə görmədiniz?

- Kubanın havası da ovsunlayıcıdır. Bənzərsiz yerdir. Tanış olduğum insanlar istedadlı, ağıllı, istiqanlı və çox qürurlu idilər. Əlbəttə, cəmiyyətdə ziddiyyətlər var. Kitabda bunları da görmək olar.


Kitabdan seçmələr:

“Avopada mənə “kubalıya oxşamırsan” deyirlər. Elə bilirlər ki, biz xoşbəxt ola bilmərik. Biz ölkəmizi sevirik. Balaca Amerika olmaq yox, sadəcə, daha yaxşı həyat istəyirik” (Yari Bataille, turizm sektorunda işləyir).


“Mənə Kubanı tənqid et desələr, danışmağa bir şey tapmaram. Təhsil, səhiyyə, qida ehtiyacları ödənir. Stress yoxdur. Həyatlarını yaşayırlar. Getmək istəməklərinin tək səbəbi pul qazanmaqdır” (Vivina Limpias, UNİCEF-in nümayəndəsi).


“Burda kompleks yaradan reklamlar yoxdur. Heç kim sizə hansısa bədən quruluşunda olmağı və ya necəsə geyinməyi diktə edə bilməz. Biz bədənimizlə barışmışıq. Eqoist deyilik” (Toby Broklehurst, prodüser).


“İnsanlara öz gözümdən Kuba haqda danışmaq istəyirəm. Medianın təqdim etdiyi imicdəki Kubaya nifrət edirəm. Bunu jurnal və kitablarını satdırmaq üçün edirlər” (Pavel Qirud, rejissor).

M.Dvekin Kubadan çəkdiyi fərqli fotoları alt yazıları ilə birlikdə təqdim edirik.



Hazırladı: Elmin HƏSƏNLİ
# 1214 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #