Elif Şəfəqə əri xəyanət edirmiş?

Elif Şəfəqə əri xəyanət edirmiş?
2 iyul 2011
# 06:00
“Radikal” qəzetinin baş redaktoru Eyyub Canla yazıçı Elif Şəfəqin boşanması ilə bağlı dünən türk mətbuatında xəbərlər yayılıb.

“Sabah”, “Milliyet” qəzetlərində çalışmış Oray Eğin ABŞ-dan yazdığı məktubunda cütlüyün boşanmaq üzrə olduğunu yazıb.

İddialara görə, cütlüyün arasındakı soyuqluq Elif Şəfəqin Amerikaya getməsinə səbəb olub. Yazıçı hətta iyunun 12-i keçirilmiş parlament seçkiləri günü də Türkiyəyə gəlməyib.

“Eşq”n kitabını yazan Elif Şəfəqlə Eyyub Canın arasına isə “Radikal” qəzetindən olan bir yazarın girdiyi deyilir.

Bir müddətdir ki, Elif Şəfəqin altıillik həyat yoldaşı tərəfindən aldadılması onu boşanma qərarı almağa vadar edib. Lakin Eyyub Can sürətlə yayılan bu xəbər haqda: “Bu xəbər başdan ayağa yalan və böhtandır. Boşanmıram!” - deyə açıqlama verib.

Cütlük 2005-ci ildə Berlində ailə həyatı qurub. 2006-cı ildə Şəhrazad Zelda və 2008-ci ildə Əmir Zahir adlı övladları dünyaya gəlib.

Maraqlısı budur ki, Twitter sosial şəbəkəsində çox aktiv olan Elif Şəfəq əri də daxil olmaqla, heç kimi “izləmir”. Ümumilikdə, onun 370 qeydi və 179 min izləyicisi var.

Yazıçıdan iki yaş balaca olan Eyyub Can isə üç istifadəçi – “Radikal” qəzetinin rəsmi səhifəsini, “Radikal”ın əməkdaşı Bülent Mumayı və həyat yoldaşı Şəfəqi izləyir. Canın cəmi 15 min izləyicisi var.

38 yaşlı baş redaktor Harvard Universitetindən 1993-cü ildə məzun olub. 1995-ci ildə Fətullah Gülənlə on bir günlük reportajı ilə medya dünyasında məşhurlaşıb.

“Eşq” kitabı ilə satış rekordları qıran Elif Şəfəq isə səkkiz roman müəllifidir. Yazıçının ən sonuncu əsəri köşə yazılarından ibarət olan “Firarpərəst”dir.

Günel Əsgərzadə
# 2238 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər