“Nizami” baleti səhnəyə qoyulacaq

“Nizami” baleti səhnəyə qoyulacaq
29 yanvar 2021
# 18:31

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Nizami ili” çərçivəsində Fikrət Əmirovun “Nizami” baletini səhnəyə qoyacaq.

Teatrdan APA-ya verilən məlumata görə, layihənin rəhbəri Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru Əməkdar artisti Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı isə Əməkdar Mədəniyyət işçisi Tehran Babayevdir.

Balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş etmiş şair və mütəfəkkirin həyat və yaradıcılığına həsr edilmişdir.

Hazırda səhnə əsərinin dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Teatr yeni quruluşunu bu ilin yazında tamaşaçılarına təqdim etməyi nəzərdə tutub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə “Nizami Gəncəvi ili” elan edilib.

# 1862 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #