Facebook aforizmləri

Facebook aforizmləri
28 fevral 2019
# 10:53

Ortaq dostunu göstər, deyim sən kimsən...

***

Komment gələn yerdən layk əsirgəməzlər.

***

Parolumu vermişdim sənə bir zaman, paroldan qiymətli de nə verəydim?

***

Açaram inboxu, tökərəm... sandığı...

***

Təmiz inbox yoxdu, hələ kirlənməmiş inbox var...

***

Feysdən qovursan, vatsappdan girir...

***

Ona yazma, mənə yaz, bəlalı yar, ikisinə yazanların cəzası var...

***

Məişətdə kor Fatı, feysdə badamgözlü...

***

Like likeni yuyar, like də şərhi...

***

Qara siyahı da süfrə deyil ki, hər gələnə açasan...

# 3051 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #