“...istəyirəm, bizim o köhnə şəhəri”

“...istəyirəm, bizim o köhnə şəhəri”
18 noyabr 2013
# 08:45

Kulis.az Səhər Əhmədin yeni şeirini təqdim edir.

***

O şəhəri istəyirəm,

Bizim o köhnə şəhəri.

İstəyirəm, bir də dönüm,

Gəzim o köhnə şəhəri.

Göyərdim o ağacları,

Çağırım o adamları,

O köhnə skamyaları

Düzüm o köhnə şəhərə.

Mən də elə həminki mən,

Sən də elə həminki sən,

O şəhəri istəyirəm,

Bizim o köhnə şəhəri.

# 1721 dəfə oxunub

Müəllifin son yazıları

# # #