Müasir incəsənət, dizayn və kino kimi sahələrdə uğurları ilə tanınan Endi Uarhol ötən əsrin ən məşhur insanlarından biridir.
Pop-art cərəyanının nümayəndəsi olan Uarhol əsərlərində nə demək istədiyini heç vaxt izah etməzmiş. Şedevrləri "Merilinlər", "Campbell konservləri", "8 Elvis", "Coca-Cola şüşələri", "100 dollar əskinası"dır. Ən bahalı rəsm əsərləri siyahısına 5 əsəri daxil olub. Bunlardan "8 Elvis" 100 min dollara, "Gümüşü maşın qəzası" isə 105 min dollara satılıb.
Onun müştəriləri arasında İran şahı Məhəmməd Rza Pəhləvinin ailəsi, Mik Cagger, Con Lennon, Layza Minnelli, Dayana Ross, Bricit Bardo, Merilin Monro, Jaklin Kennedi və başqaları olub.
Söhbətlərini lentə almağı xoşlayan Uorhol diktofona "həyat yoldaşım" deyirmiş.
Məşhur “hər kəs bir gün 15 dəqiqəliyinə məşhur olacaq” fikrini Uarhol 1960-cı illər Amerikasını tənqid edərkən deyib.
O, 1950-70-ci illərdə standart ölçülü qutulara öz əşyalarını toplayaraq "zaman kapsulları" yaradıb. Uorholun 600-ə yaxın "zaman kapsul"u olduğu təxmin edilir. Onlar arasında təyyarə biletləri, suvenirlər, qəbzlər, uşaqlıq fotoları, qəzetlər, hətta yemək qalıqları da tapmaq olar. Hazırda "zaman kapsulları"nın əksəriyyəti Endinin adını daşıyan muzeydə sərgilənir.
Homoseksual olmasına baxmayaraq Uarholun həyatında sənət dünyasının ən tanımış qadınları olub. Bəziləri ilə gurultulu sevgi macəraları yaşayıb Endi, bəzilərindən sadəcə ilham alıb, bəzilərinin rəsmlərini çəkib. 58 yaşında vəfat edən rəssamın qadınları əsasən karyerasında uğur qazanmış insanlar olub. Endi Uarhol gözəllik anlayışına xüsusi diqqət verən biri idi və gözəlliyi daşımağı bacarmayan qadın onun üçün gözəl sayılmazdı.
Kulis.az Endi Uarholun həyatında olan qadınların siyahısını təqdim edir.
Byanka Caqqer
Bricit Bordo
Korneliya Qest
Debbi Herri
Donyale Luna
Edi Sedqvik
Elizabet Teylor...
Qreys Cons
Cekki O.
Ceyn Holzer...
Ceri Holl
Jon Kollins...
Madonna
Merilinn Monro
Nico
Viva