Kulis.az “Bazar oxusu” layihəsində Rəbiqə Nazimqızının şeirini təqdim edir.
Allah, mənə bir az bəxt ver,
bir az da vaxt, yaşayım.
- Aşiq olmaq üçün darıxmışdım
- Ərinin şantaj elədiyi qadının yerində olmaq
- Oyat bu utancağı – Rəbiqədən Erotik Şeir
Bir az ömrümdən yaşayım,
Bir az sərvaxt yaşayım.
Mənə gecələr yuxu,
Səhərlər gümrahlıq ver.
Mənə bir damcı qorxu,
Bir damcı toxtaqlıq ver.
Bir az ümiddən yolla,
Bir az işıq at, bəsdi.
Bir az ağıl ver, seçim
Nə bəsdi, nə əbəsdi.
Bir az mərhəmət göndər,
Bir də, bol-bol məhəbbət.
Bircə sənə yazmağa
Bir yerim olsun xəlvət.
Bir tikə çörək tapım,
Bir parç su, yaşayaram.
Bir də, qızımı qoru,
Nə versən, daşıyaram.