Yazı masası kətil olan şair VİDEO

Yazı masası kətil olan şair VİDEO
1 oktyabr 2013
# 14:07

Şair Ədalət Əsgəroğlu...

Mətbuat bu gün bu “şair” təyinindən çox istifadə edəcək.

Amma dünənə qədər jurnalistlər üçün Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri idi.

Yalnız jurnalistlər üçünmü?

Yox, əlbəttə.

Ədalət Əsgəroğlu ədəbi ictimaiyyət üçün də mətbuat xidmətinin rəhbəri idi.

Nəinki şair.

Hamının gözü qarşısında olan Ədalət əslində gözdən uzaqdaydı.

“Kulis” verilişinə dəvət edəndə bu yazdıqlarımı telefonda özünə dedim.

Çox sevinmişdi.

Bəlkə də ilk dəfəydi ki, “qurultay, təqaüd, ev bölgüsü” məsələsindən başqa suallara, əsl işi, şairliyi ilə bağlı suallara cavab verəcəkdi.

Gəldi və həvəslə danışdı da.

Evdə kətili yazı masası kimi istifadə etməsindən belə dedi.

Vergülünə qədər səmimiydi.

İndi o verilişi təqdim edirik.

Heç olmasa bu gün onu şair kimi xatırlayaq.

Qan Turalı

# 2418 dəfə oxunub

Müəllifin son yazıları

# # #