8 martda kimi təbrik etməli?

8 martda kimi təbrik etməli?
8 mart 2013
# 09:15

Bu gün 8 martdır.

Kişilər qadınları təbrik edirlər.

Lakin təbrik edilən və edənlər görəsən niyə məhz 8 Martın bayram olduğunu bilirlərmi?

Məncə yox.


154 il əvvəl idi

Yəni 1857-ci ilin 8 Martı..

Məkan ABŞ, Nyu York...

40 min toxucu qadının çalışdığı fabrikdə tətillər başlayır.

Qadınlar daha yaxşı əmək şəraiti istəyirlər.

Fabrikdə iş dayanır.

Polis fabrikə hücum edir.

Qadınlar fabrikə qapanır.

Qəfildən yanğın başlayır.

Polis barrikadaları fabrikin ətrafında qurulub.

Qadınlar qaçıb xilas ola bilmir.

129 qadın ölür yanğında.


Bizim Klara

26-27 sentyabr, 1910-cu il, bu dəfə Kopenhagen.

II İnternasionalın iclası.

Alman sosial demokratlarının lideri Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd edilməsini təklif etdi.

Təklif qəbul edildi.


Kiçik bir haşiyə

Klara Setkin Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Bakıda olub.
1924-cü ildə.

Azərbaycanda isə Klara adı məşhur cinayətkar Klaranın adı ilə assosiasiya edilir.

Heyf!


BMT-nin işə qarışması


BMT-nin 8 martı qəbul etməsi 1975-ci ildə oldu.

O zamana qədər kommunistlərin qeyd etdiyi bu gün o qərardan sonra ümumi bir bayram oldu.

Azərbaycanda isə bu gün inqilabdan qabaq qeyd olunurdu.


İctimai məzmunun ölümü

8 Martın bir gün kimi qeyd edilməsini təklif edənlər qadınlarla bağlı problemləri cəmiyyətin gündəminə gətirmək üçün bu addımı atmışdılar.

Bu gün qadın hüquqları müzakirə edilməli idi.

Təəssüf ki, Azərbaycanda bu gün öz ictimai mahiyyətindən uzaqlaşaraq məişət hadisəsinə çevrilib.

Müəllimlərin şagirdlər üzərində iqtisadi rıçaqına çevrilib.

İndiyənə qədər qadın hüquqları ilə məşğul olan QHT-lərin belə bu günü lazımınca qeyd etməsini görməmişik.


Kimi təbrik etməli?

İllər əvvəl yazmışdım ki, 8 Martın tarixini bilməyən qadını təbrik etmək doğru deyil.

İndi səhv etdiyimi bilirəm.

Yanğında ölən o 129 qadın kimi çətin əmək şərtlərində çalışan qadınlarımız var.

Gündə 18 saat marketdə satıcı işləyən....

Metroların ağzında qar demədən, yağış demədən günəş demədən limon satan...

Gün hələ doğmamış bazara yük gətirən, günbatana qədər onları satan...

Bu gün onların bayramıdır əslində.

Bundan 154 il əvvəl nə olduğunu bilmədən belə o günlərin ağır əmək şəraitində çalışan

qadınların bayramıdır 8 Mart.

# 2966 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #