AYB-nin Polad Ələmdarı - QAN TURALI YAZIR

AYB-nin Polad Ələmdarı - <span style="color:red;">QAN TURALI YAZIR
23 yanvar 2015
# 12:50

Sən AYB-ni mafiyaya çevir.

Gənclər Şuranın sədri “Anarın əlini öpək” desin.

Gənclər katibin bizə “istedad yox, sədaqət lazımdır” buyursun.

Tənqidçin “mən sizə pərəstiş edənləri tərifləyirəm” söyləsin.

Təqaüdü ənam kimi sənə biət edənlərə payla.

Müsahibələrində “düşmən” sözünü “ədəbiyyat” sözündən çox işlət.

Polat Ələmdarın plaşına bürün.

Heç qüsura baxma...

Səndən 25 min manat almaq üçün ərizə yazıb sonra sənə qarşı çıxanlar da olacaq.

Mafiyadı bu...

Sədaqəti qədər xəyanəti də var.

# 1323 dəfə oxunub

Müəllifin son yazıları

# # #