"Əlini dünyadan çəkib evinə gedər Allah..." - Günün şeiri

"Əlini dünyadan çəkib evinə gedər Allah..." - Günün şeiri
16 sentyabr 2023
# 13:00

Bu gün tanınmış şair Aqşin Evrənin doğum günüdür. Kulis.az şairi təbrik edir və “Günün şeiri” layihəsi çərçivəsində onun “Şah Təhmasibə məktub” şeirini təqdim edir.


Nizələrin ucuna ilişən kəfən parçası
Sülh bayrağıdır yüksəlir başımızın üstündə:
Bax, ölüm aləti belə bizi sülhə çağırır,
Ölüm “sülh” bağırır, Şah!

Qəfil qılınclar doğrayar atların küt səsini,
Qapılar hər gün darıxar, gözləyər it səsini.
Birdən qəbirlər doldurar boş torpaq kisəsini
Əlini dünyadan çəkib evinə gedər Allah.

Şah!

İnsan torpaqçün döyüşər. Atlar nalından yıxılar
Ölmüş atın ayağından bizə baxar aypara
– Yəni göylər yerə enər... göylər gələr döyüşə
Görən necə olar bir gün torpaq ayağa qalxıb
insanların uğrunda gecə-gündüz döyüşsə?

Mən də torpaq istədim bir uşağın dibçəyinə tökməyə...

Sonra qılınclar doğradı atların küt səsini,
Qapılar hər gün darıxdı, gözlədi it səsini.
Biz də məşəl yandırdıq önümüzü görməkçün
Əksinə, tüstü qalxıb tutdu gözlərimizi.

Nal soyuğu gecədə bir sualım var sənə,
böyük Şah həzrətləri:
Buğdanın ortasındakı xətt
çörəyi yarı bölməli olduğumuza işarə deyilmi?

# 3603 dəfə oxunub

Oxşar xəbərlər

Bəs niyə sözlərin ayrılıq dadır?.. - Rüstəm Behrudinin şeirləri

Bəs niyə sözlərin ayrılıq dadır?.. - Rüstəm Behrudinin şeirləri

14:00 12 sentyabr 2026
"Duam yaşadır tanrını!" - Tural Turanın yeni şeirləri

"Duam yaşadır tanrını!" - Tural Turanın yeni şeirləri

15:00 11 sentyabr 2026
"Gəlimmi qarlı qışına bahar kimi?" - Yeni şeirlər

"Gəlimmi qarlı qışına bahar kimi?" - Yeni şeirlər

15:10 9 sentyabr 2026
"Sevərik bir-birimizi dodaqlarımızla..." -  Fransız şairdən sevgi şeirləri

"Sevərik bir-birimizi dodaqlarımızla..." - Fransız şairdən sevgi şeirləri

14:00 9 sentyabr 2026
"Gözlərimlə eşidirəm ölüləri..." - İspan şairdən sonet

"Gözlərimlə eşidirəm ölüləri..." - İspan şairdən sonet

13:00 8 sentyabr 2026
Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

15:20 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər