Səni düşünüb başqasıyla rəqs etmək...

Səni düşünüb başqasıyla rəqs etmək...
26 iyul 2019
# 16:30

Yəqin sevgi də Allah kimi şüurun məhsuludur. Bəs onda ürək niyə sancır?

İntizarı bir siqaret ömründə öldürmək olmur, ömrüm. Radioda qəfil bir mahnıdan kövrələrsən, eşqim mənim. Ürəyin sancar bir balaca. Üşüdərsən bir az. Svetoforda siqnal səsinə oyananda fikirləşərsən ki, mən boyda kişi yumaq boyda bir ürəyin əlində qalmışam.

İşdən sonra dostlarınla görüşərsən. Kinodan danışanda hekayəmizi kino kimi sırımaqdan özünü güclə saxlayarsan. Çiyin çantamda sənə aldığım şokolad ilişər barmaqlarıma, alışqan axtaranda.

...Olur e, yaşamaq olur belə. Mazoxist yanaşma ilə bu sənsizlikdən zövq almaq da olur. Amma olmur e, rahat nəfəs almaq olmur belə. Ürəyinin parasını maqnit qırığı kimi çəkən sən ləçərdən ötrü heyvan kimi darıxarsan. Səssiz. Bir çılpaq sahildə böyürərək... Üşüdüb, yayın cırhacırında dəqiqələrlə qaynar duşun altında qalaraq... Ağır blyuzda səni düşünüb başqasıyla rəqs edərək...

Kameralarda dövr etdikcə qancıqlar ayrılıb sənin guşəndə tromblaşıb sancını çəkər, Qancıq! Duyğularımı pilə kimi eləyən ifritə!

...Öpüşəndə gözlərimi açıb xumarına baxırdım. Yanıb-sönürdük maşınlar keçdikcə... Baxmamısan, sən də?

Hələ bir də küləyin vıyıltısı işləyər beyninə. Sənsizliyi yadına salar bu həyasız külək. Yuxarıda günəş, ortada külək, yerdə qum dənələri... Bakının havası kimidir havan...

Yaxşıydı, amma... Adın pıçıltıma yatırdı... Çağırıram səni!

# 4220 dəfə oxunub

Müəllifin son yazıları

# # #