Elnur “O səs Türkiyə”də xaric oxudu

Elnur “O səs Türkiyə”də xaric oxudu
10 dekabr 2014
# 16:27

Gəlin, üz tutub gedək Qərbə. Adama bir xurcun kəlağayı götürək, iki qazan da dolma. Kəlağayıdakı butalardan, dolmaları necə fəlsəfəylə bükdüyümüzdən nağıllar danışaq Avropaya.

Bu çeynənilmiş mövzudu bilirəm. Amma mən maraqlı yazıram da öz aramızdı.

Bu balacaboy, şirin oğlan Elnur ki var, vadar elədi yazım. Sənəti filan yox e, xaric oxuyur, vallah. Elə “O səs Türkiyə”də də xaric oxudu.

Başqa məqamlara da toxunmaq istəyirəm. Başlayaq elə geyimindən. Papağından ayaqqabısına kimi azərbaycanlı olduğunu göstərəcək bir nöqtə görmədim. Oxuduğu mahnılar da bizim nəfəsimizdən yeddi hasar o yana idi.

Mənim nə işimə, nə geyinir, nə soyunur. Başqa məsələ var e işin içində. Bir əhvalat danışım, başa düşərsiniz yəqin.

Deməli, saçım indikindən uzun, saqqalımın hörüyə gələn vaxtlarıdı. Biləklərimdə mis-alüminium halqalar, qulağımda bir xeyli dəmir-dümür sallanıb. Getmişəm kəndimizə, özü də heç harda işləmirəm. “Ə, bu nə saqqaldı” , “Sən allah, qaşınmır sifətin?, “Yaraşıqlı oğlansan, get qırx, tök yer o mundar tükü”. Ən çox da “sən də vəhabisən?”- sualı. Bir dəfə əmioğlu qulağıma pıçıldadı ki, “sən başın, petux zad dölsən?”. Kimsə saqqalımı sorğu-sual etməyəndə narahat olurdum. Tez əlimi üzümə aparıb yoxlayırdım.

Vaxt keçdi, vədə tamam oldu. İşim var idi, yaxşı məvacib alırdım. Üz tutdum kəndə sarı. Özü də maşınla. Başıma necə fırlanırdılar, necə dönürdülər. Bir kabab qonaqlığı, bir rus arağı aldım. Məclisin axırında lətifə danışırdılar mən də gülürdüm, “parodiya” eləyən kim, sağlığıma mədhiyyə oxuyan kim.

Əslində yazı uzun olsun deyə yazdım e bu hissəni.

Quranın elektron formasını qərb icad eləyib. Onlar pul qazandılar, bizimkilər “savab”. “Tarqovıy”da hərəkət eləyən manikenlərin qabağındakı növbə Qərbin qələbəsidi. Elnur da bizim deyil. Bizim bir zadımız yoxdu, vallah. Dəyişək, inkişaf edək. Amma, məqsədli formada. Hüquq fakültəsində oxuyan bacıdan soruşuram, ”hansı peşəni seçəcəksən?”, deyir ki, aparıcı olmaq istəyirəm. Qərb görməyi xoşlayır, Şərq eşitməyi. Qərb gördüyünə inanır, şərq eşitdiyinə. Qərbdə “sənə nə var“ sindiromu, şərqdə “camaat nə deyər” psixozu. Saqqalı, geyim tərzini bəyənməyənlərin “camaat nə deyər”i Elnurun “sənə nə var”ına uduzdu. İpucu məndən, düşünmək sizdən. Çox da ciddiyə almayın, mövzu tapmayanda səyləyir adam.

# 817 dəfə oxunub

Müəllifin son yazıları

# # #