Kişi xəyanətinin əlifbası

Kişi xəyanətinin əlifbası
22 dekabr 2014
# 14:58

Yerinizə olsaydım bu yazını oxumazdım, amma siz mənim yerimdə olsaydınız, mütləq belə yazardınız.

Məsələ belədir ki, mən çox eqoist adamam. Özümdən çox heç kimi sevmirəm - bu bir yana, özüm qədər sevdiyim də yoxdur. İndi oxuyub “oxşayırsınız” məni, amma sizdə də vəziyyət eynidir.

İnsan elə bir ali varlıqdı ki, özündən çox kimsəni sevməz. Hətta, allaha olan sevgi də, ya cəhənnəm qorxusundan yanadı, ya da cənnətə düşmək üçün vasitədi. Bu da dolayı yolla özünə sevgidi.

Özümüz qədər sevdiklərimizdə də əsas məqsəd biz, birinci səbəb özümüzük. Ümumiyyətlə, özünə faydası olmayan bir hiss uydura bilmir insan. Maddi faydalar olmaya da bilər. Mən dostlarımdan mənəvi faydalanıram. Sən də beləsən, o da, o biri də.

+ Alo,

- Hə, necəsən?

+ Gəl, axşam görüşək bir, dərdləşək, pivə zad içək.

- Oldu, qardaş...

Bu dialoqda “qaqaş” birbaşa öz faydasını təmin edir. Hətta, pivə də alır, amma özünün təmənnası var axı - dərdləşmək. Hə, məsələ belədir.

Bu adını sevgi qoyduğunuz zad ki, var – əlləşirəm, vuruşuram adını qoya bilmirəm, ilahiləşdirəcək bir məqam yoxdu bu qədər.

Qısqanclıq üç səbəbin nəticəsidir:

Birinci, kişidə sahib olmaq istəyindən yaranır. “Mənim olan, tək mənə aiddir” - prinsipi. Burada qadın sadəcə alətdir. Kişinin sahiblik istəyini dolduran vasitə.

İkinci səbəb çox sadədir – inamsızlıq. İnanmamaq isə, bir başa kişinin özündən qaynaqlanır. Qısqanc kişi mütləq yalançıdır. O, qadına inanır, kişiyə inanmır. Başqa qadınlara göstərdiyi münasibətdən dolayı, kişiləri yaxşı tanıyır. Müəyyən vəziyyətlərdə kişilərin davranışlarını əzbər bilir.

Üçüncü səbəb olan peşəkar yalançılığı isə, bütün yalanların ssenarisini bilməyinə səbəbdir.

İkinci və üçüncü səbəblər bilavasitə birinci səbəbin nəticəsinə xidmət eləyir. Siz düşünürsünüz ki, sevir, qoruyur və qısqanır, əslində bütün bunlar sahiblik prinsipinin göstəriciləridir. Bu, sırf kişinin faydasıdır, həm bioloji, həm də psixoloji. Sizlik bir şey yoxdu burda. Bir az əndrəbadi cümlələr oldu, amma, diqqətlə oxusanız, çox sadədi, əslində.

Neçə il bütün çılğınlıqları elədiyin, pozitiv enerji aldığın, həyatın dadını çıxardığın biri ilə evlənirsən. Zaman-zaman bu münasibət adiləşir, kobudlaşırsan, hələ-hələ maddi problemlər də çıxa ortaya, əvvəlki hisslərdən əsər-əlamət qalmır. İndi sevmirsən, sadəcə doğmalaşırsan. Qayğına qalır axı, qabağına yemək gətirir, paltarını yuyur. Bu doğmalıq zamanla ona qarşı ehtirasını da öldürür. Daha bir müddət sonra sadəcə uşağının anası statusunda olur...

Evlilikdən öncə anbaan telefonunu izləyirsən, yoxlayırsan. Evlilikdən bir müddət sonra telefonuna baxmağa da həvəs qalmır, maraqlı olmur sənə. Amma qadında kişidən daha uzun müddət qalır bu telefon yoxlamaları. Bir uşaq da “düzəldəndən” sonra bütün hörmətlər, diqqətlər uşaqdan dolayı baş verir. İmkan düşən kimi başqa qadınlar, mesajlar, əyləncələrə meyl... Uzun müddət orqazm olmayan qadın da sənə qarşı aqressivləşir, soyuyur...

Siz bilən kimi deyil bu məsələlər. Bir şeir parçası ilə sağollaşaq:

Demirəm ki, sev məni,

Demirəm ki, əzizlə.

Sevgi qurtarıb məndə,

Gəl, otağı təmizlə.

# 518 dəfə oxunub

Müəllifin son yazıları

# # #