Kütləvi seks çatışmazlığı

Kütləvi seks çatışmazlığı
30 yanvar 2015
# 15:08

Burnumu qoluma silən vaxtlarımdı.

Və lakin bunu bilin ki, burnumu silməli olduğum yerin qolum olmadığının da fərqindəydim.

Nənəmin var xeyli yaşı ki, o dünyada adına qayıb yazılır. Bütün qohum dəvətlərini rədd eləyib yaşayır bizdə.

Mətbəxdəki ağ-qara telezivorun sağ küncünə yazılıb - "Весна-346". “Stabilizator”un üstü əriyib, qırmızı işıq salıb qırmızılığına, yanır hələ də.

Köhnə rus filmidi, adı yadımda deyil, müharibəyə aid.

Oğlan müharibədədi... Ölür insanlar, yaralanır. Dayana bilmir həsrətə, qaçır.

Filmin o yeridi ki, ehtiraslı öpüş, inilti, pəncərədən baxır qadınının başqa birinə verdiyi həzzə.

Əl qatmışam bu məqamda özümə...

Sevgilisini də, məşuqunu da öldürdü oğlan - dədəm gəldi bu yerində. Güllə elə bil, qulağımda açıldı qəfil. Ki, üzümdə dartıldı damarlar – asma körpülərin polad kəndiri kimi. Və lakin ağlamadım, əlavə bir söz eləmədi...

Nənəm bir vedrə su isidib üzüm çardağının altında. Sarımsaqlı sabun məhlulu, (həmişə belə yuyardı saçlarını rəhmətlik) bir əlində dəmir “kuruşka”. Gizlənmişəm, həvəslə baxıram xiyar tağının dalından – döşləri qurumuş armud kimi.

Qonşumuzda gəlin var, təzə ana olub, tifilini əmizdirir, pəncərədən boylanıram.

O vaxtlar “Əyləncə”, ”Serial” kimi qəzetlərdə olurdu yarıçılpaq rəngli qadın şəkilləri. Tapırdım ordan-burdan, qaçırdım tövlənin damına.

Keçdi bir neçə il aradan, məlum oldu ki, ANS-dən həftə sonları “ayıbçı” kinolar verirlər, gecəyarısı. Televizorun alırdım səsini ki, hər kəs yatırdı.

Dərs alıram məktəbin yuxarı siniflərində. Biologiya kitabında insan anatomiyasından bəhs edən şəkilli bölməyə çatmışıq. Mövzunun qurşağa qədər olan yerini alayarımçıq izah eləyib, səhifəni çevirir müəllim (vay o günə müəllimə ola). Həmin gün tələsirəm evə getməyə, cinsiyyət orqanlarının rəngli şəkillərinə baxmağa...

Travmadı bu! Psixoloji travma...

Valideyn övladına seks haqqında müəyyən yaş həddində özü məlumat verməli!

Məktəblərdə bu barədə dərsliklər, cinsi akt haqqında fotoşəkilli mühazirələr olmalı!

Cinsi aktın fəsadları, prosesin faydalılığı izah olunmalı!

Xəbəriniz var ki, sosial şəbəkələrdən istifadə eləyən qızların əksəriyyəti, oğlanların çoxu cinsi aktın bilmir mahiyyətini?

Xəbəriniz ola ki, bizdə “kişisizlik sindiromu” yaşanır...

Xəbəriniz ola ki, qadınların əksəriyyəti ancaq ana ola bilir.

Və xəbəriniz ola ki, gecələr bir yorğan altında eyni uşaqların valideynləri başqa adamlarla ehtiras bölüşür...

Xəbəriniz ola ki, sosial şəbəkələrdən istifadə eləyənlərin əksəriyyəti , qadınlı-kişili seks aclığından kütləvi əziyyət çəkənlərdi.

Xəyanətdən, ailə dəyərlərindən danışmaq deyil məqsədim.

Deyirəm ki, uzun müddət orqazm olmayan bir qadın ana ola bilmir övladına.

Deyirəm ki, uzun müddət orqazm olmayan qadın vəhşiləşir.

Deyirəm ki, kişinin ora-bura qaçması, başqa biriylə, hətta fərqli-fərqli bədənlərlə yatmaq istəyi, - bəli məhz bədənlə, bu məqamda beyin işləmir – “qadınsızlıq sindromudu”.

Düz-əməlli seks həyatı olmayan biri vətənə, millətə heç zad verməyəcək! Mümkün deyil bu...

Üzünə civzələri yenicə çıxmağa başlayan bir qız tifilini valideynləri, əvvələn validəsi dizinin dibində otuzdurub, izahlı şəkildə başa salmalıdı – deyirəm. Bu qızcığazların dərk etməyinə yardımçı olmaq lazımdır ki, tanışlıq saytlarında, sosial şəbəkələrdə kütləvi məskunlaşmış beyinsiz, iki ayaqlı məxluqların qurbanına çevrilməsin.

Deyirəm ki, biz heç birimiz sevgidən yaranmamışıq, sevginin yataq otağı olmur.

Siz nə deyirsiniz?

# 1193 dəfə oxunub

Müəllifin son yazıları

# # #