İranlı aktrisa: “Bizdə qadınlarla atların taleyi eynidir”

İranlı aktrisa, rəssam, memar Mehrnuş Esmaelpur

İranlı aktrisa, rəssam, memar Mehrnuş Esmaelpur

19 mart 2022
# 13:00

İranlı aktrisa, rəssam və memar Mehrnuş Esmaelpurun “Buradan bu günə” adlı sərgisində qadın və at arasındakı bənzərlikləri dilə gətirib. 34 yaşlı sənətçi əsərlərini, keçirdiyi böyük travmanı və bu coğrafiyada qadın olmağı ifadə edib.

Kulis.az aktrisanın Türkiyə mediasına verdiyi müsahibəni təqdim edir.

Bu coğrafyada atların ve  kadınların kaderi aynı

­– Aktrisa olaraq şöhrət qazansanız da, əslində, istedadlı memar və rəssamsınız. Nədir bu çoxyönlülüyün mənbəyi?

- Sənətin hər sahəsini, budağını sevirəm. Bir az da həyatın mənə biçdiyi roldur, məncə. Atlara qarşı sevgim və rəsmə olan ehtirasım uşaqlığıma dayanır. 9 yaşımda rəsm çəkməyə başlayanda ata minməyə də başladım. Bu ikisi həyatımda həmişə vardı, zaman keçdikcə də inkişaf etdim. İranda universitetdə “Atın yetişdirilməsi və genetika” ixtisasını oxuyurdum. Sonra böyük bir qəza keçirdim; atdan yıxıldım... Elə bir sərt düşüş idi ki, onurğamda çox böyük zədəyə səbəb oldu. 6 ay dəmir bir geyimdə bədənimi tərpətmədən yatdım. İki il isə xəstəxanada yatmaq məcburiyyətində qaldım. Həkimim at çapmağı qadağan etdi və mən atlarla vidalaşdım. Ən çox bu mənə acı verirdi...

– Qəza keçirəndə neçə yaşındaydınız?

- 21 yaşında idim: iki dəfə əməliyyat olundum. Həkimim adımı “Möcüzə” qoymuşdu, çünki kimsə yenidən gəzə biləcəyimə inanmırdı. Zamanla sağaldım, amma həyatım tamamilə dəyişdi; at çapmaq mənim bütün həyatım idi. Lakin başıma gələni qəbul edib güclü olmağı da öyrəndim.

Bu coğrafyada atların ve  kadınların kaderi aynı

– Memarlıq həyatınıza necə daxil oldu?

- Dediyim kimi, sənətin hər sahəsinə aşiqəm, memarlıq isə daha çox marağımı çəkdi. Rəssamlığı yox memarlığı seçdim, çünki kiçik yaşlarımdan bəri müəllimlərimlə bu sahədə daha çox çalışırdım. Təhsilimi bitirib Amerikaya köçəcəkdim. Tam o sırada “Ay Yapım”dan təklif gəldi və məni “Son” adlı layihələri üçün İstanbula çağırdılar. Şok olmuşdum; saçlarım uzun idi və mən Amerikaya gedəcəyim anda saçlarımı 3 nömrə ilə kəsdirmişdim. Bir foto çəkib yolladım, “gəl, üz-üzə görüşək” dedilər. Mən də gedib, İstanbulda 3 gün qalıb sonra Amerikaya gedərəm deyə düşünmüşdüm. Amma heç nə planladığım kimi getmədi.

­– Bəs daha əvvəl filmdə özünüzü sınamadığınız üçün “Ay Yapım” sizi haradan tapdı?

- Yaxın dostum rejissor Said Nasiri o vaxt “Ay Yapım”la çalışırdı. Rol üçün iranlı bir qadın aktrisa axtarırlarmış. Şəklimi göstərdi, onlar da məni çəkilişlərə çağırdı. Bəlkə də, o zaman heç bir təhsilim olmadığı üçün cəsarətli və çox rahat davranırdım. Hətta Kerem Çatay təcrübəmin olmamasına şok oldu! Nə isə, bəyəndilər və beləliklə də, mən aktrisalığa başlamış oldum. Daha sonra yeni bir layihə gəldi. İki il içində ilk sərgimi də açdım. Sonra isə film layihəsi… 6 aylıq gəlmişdim, 6 il qaldım…

Bu coğrafyada atların ve  kadınların kaderi aynı

– “Eşqin nəfəsi” adlı sərginizdə yenə atlar ön plandaydı. Bu sərginizin əsas mövzusu nədir?

- At və qadın… Bizim coğrafiyamızda qadın olmağın çox çətin olduğunu bilirsiniz. Yəni, qadınlar üçün həyat ağırdır. Bəli, bəlkə, mən rahat həyat yaşayıram, müasir ailədə böyümüşəm deyə ailəm mənə istədiyim kimi yaşamaq üçün azadlıq verib. Buna görə də sürətli yaşayıram həyatı. Amma azadlığı, hürriyyəti əlindən alınmış qadınların həyatını görmək məni “vurur”. Atların və qadınların yaşadığımız coğrafiyalarda taleyi aşağı-yuxarı eynidir. Həvəs və sevgi uğrunda atların da, bizim də azadlıqlarımız məhdudlaşdırılır. Əslində, at çox hür bir heyvandır, amma biz onları əhliləşdirmək üçün saxlayırıq və “İndi qaç, indi dayan” deyirik. Onlar da boyun əyir. Qadınların da həyatı eynən belədir burada; həmişə kimlərsə onlara nə etməli olduqlarını deyir.

Halbuki biz azad ruhlu və güclüyük.

Hə, bir də görüntü etibarilə atlar qadınlara bənzəyir: zərif bir duruş, mənalı gözlər, incəlik, ləyaqət… Güc və həssaslıq bir arada. Buna görədir ki, atlar və qadınlar bir-birinə bənzəyirlər.

Bu coğrafyada atların ve  kadınların kaderi aynı

Bu sərgimdə 12 tablo, 1 heykəl var idi. Uzun zamandan sonra həmin heykəli yaratmışdım. Təsəvvür edin ki, qəfəslə əhatələnmiş yerdə olan bir at qadını simvolizə edir. Təbii ki, atı həbs edər, qaçmasına icazə verməsəniz, yaşaya bilməz; qadına da azadlığı verməsəniz, həyatda qala bilməz, nəfəs ala bilməz!

Tərcümə: Nigar Namiq

# 6461 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #