Vətəninə ac böyüyən - Misir Məmmədov

Misir Məmmədov

Misir Məmmədov

9 dekabr 2021
# 23:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Misir Məmmədovun “Vətəninə ac böyüyən” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Fevralın 25-i axşam idi. Neçə gün idi ki, erməni qəsbkarları şəhəri mühasirəyə almışdılar. Əhalinin vəziyyəti getdikcə ağırlaşırdı . Səadət öz evində körpə balası ilə tək idi. Yoldaşı Əhməd və oğlu Səid cəbhədə idilər. O da başının çarəsinə baxmağa məcbur idi. O, evin qapısını açdı, ətrafı diqqətlə dinlədi. Sakitçilik idi. 2 yaşlı körpə balasını qucağına götürüb evi tərk etdi.

Yüzlərlə xocalılar kimi Səadət də çox əzablardan keçərək Ağdam rayonunun Şelli kəndinə gedib çıxa bilmişdir. Bir neçə gün burada qaldıqdan sonra, Bakı şəhərində yaşayan bacısının evinə yollandı. Aradan bir müddət keçməsinə baxmayaraq Səadət nə yoldaşından, nə də oğlundan bir xəbər ala bilmişdi.

Artıq Səadətin bu keşməkeşli həyatından 7 il geridə qalmışdı. Bu günə kimi öz körpəsini əzabəziyyətlə böyütmüşdü.

9 yaşında olan bu uşaq, göz açdığı lakin, böyüyüb-başa çatmadığı vətəninə “ac” biri kimi böyüyürdü. Bu “aclığ”I getdikcə daha da artırdı . Anasının ona danışdığı, kitabların ona söylədiyi acı həqiqətlər onu düşmənə qarşı daha da hiddətləndirirdi. Böyüdükcə içindəki vətən sevgisi daha da böyüyürdü. İtkin ata və qardaş həsrəti onun ürəyində bir yara kimi qalmışdı.

Bu gənc məktəbi bitirir, qəbul imtahanı verərək 650 bal toplayır. BDU (Bakı Dövlət Universitetinin) hüquq fakültəsində oxusa da, daxilində bir narahatlıq var idi. Elə bil ki, bir səs onu hərb sahəsinə getməyə çağırırdı. O, fikrini qətiləşdirib, anası ilə bu barədə danışır. Anasının buna etiraz etməsinə baxmayaraq, o, öz yolundan dönmədi və hərbi hissəyə yollandı.

Bir il hərbi sirlərə yiyələndikdən sonra, bu sahədə daha mükəmməl təcrübəyə malik olmaq üçün yenidən Bakıya qayıdır. Sənədlərini BDU-dan götürüb, hərbi məktəbə təqdim edir. Hərbi təhsil aldığı müddətdə snayper silahının incəliklərinə dərindən yiyələnir. Beləcə məktəbi bitirir. Məktəbi bitirdikdən sonra, yenidən hərbi hissəyə üz tutdu . Onun Vətən sevgisi gündən-günə çoxalır. Beləcə o DSX (Dövlət Sərhəd xidməti)-də işə başladı. Daha sonra isə getdikcə vəzifəsi yüksəldi. O özü üçün belə bir and vermişdi ki, nə vaxt Qarabağ tam azad olunsa, o vaxt ailə həyatı quracaq...

Artıq 2016-cı ilin aprel ayıdır. Cəbhədə atəşkəs pozuldu. O, da DSX-nin əsgəri kimi, vətəninə bağlı biri olaraq döyüşə qatıldı. O bu döyüşdə daha böyük cəsarət göstərərək neçə düşməni məhv edir. Atəşkəs təmin olunur...

Dörd il sonra iyul ayında atəşkəs yenidən pozulur, o bu döyüşlərdə də mərdliklə iştirak edir. Atəşkəsin təmin olunmasından 3 ay keçəndən sonra 27 sentyabrda düşmən tərəfindən atəşkəs pozuldu və bu, yeni mühatibəyə başlanğıc verdi. Atrıq səbr kasası dolmuş və torpağının bir hissəsini itirmiş Azərbaycan xalqı ərazi bütövlüyünün bərpasını qarşısına məqsəd qoydu və qanlı döyüşlər başladı. Elə buna görə də bu müharibə nə 1-ci Qarabağ müharibəsinə, nə Aprel döyüşlərinə, nə də ki, İyul döyüşlərinə bənzəyəcəkdi. Xalq olaraq hamı prezidentin, əsgərlərin yanında idi. Bu birlik artıq hər şeyə qalib gələ bilərdi.

O bu dəfə də böyük igidlik, mərdlik göstərdi, amma bu şücaətini sona qədər davam etdirə bilmədi. Çünki artıq o - Ayşə şəhid idi. Bəli, igid, qorxmaz xanım qəhrəman! Sonradan döyüş yoldaşları onun cibindən bir kağız tapdı. Kağızda bunlar yazılmışdı:

Hər papaq qoyana kişi desəm mən,

Kişilər inciyər səxavətimdən.

Elə qadınlar da yetirir VƏTƏN,

Günahdı onlara kişi deməsək!

Artıq Qarabağ tam azaddır, atıq Qarabağ doğma əhalisinə qucaq açıb, amma bu qələbənin səbəbkarlarından biri olan Ayşə bu xoş günləri heyif ki, görmədi. İndi o ən uca zirvələrdən biri olan şəhidlik zirvəsinə ucalıb və ona Milli Qəhrəman adı verilib. Siz düşünün bir xalqın qadınları bu qədər qoxmaz, igiddir, gör kişiləri hansı gücə malikdir?! Bax elə buna görə də belə bir xalqı olan torpaq heç vaxt basılmaz!!! ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!!!

# 1875 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #