Sevgilisinə görə intihar edən oğlana demək istədiklərim - El Roman

Sevgilisinə görə intihar edən oğlana demək istədiklərim - El Roman
14 mart 2024
# 16:00

Kulis.az El Romanın "İnsanlar niyə intihar edirlər?" adlı yazısını təqdim edir.

"26 yaşlı Qəhrəmanov Rəhman Yaqub oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asıb".

Xəbərin davamını oxumaq üçün keçidə daxil oldum.

İntiharın səbəbi məni xeyli məyus elədi.

İnsanlar intiharı bu qədər ucuzlaşdırmamalıdı.

Çexov deyir ki, "Necə gözəl bir gündür, çay dəmləyim, özümü asım, qərar verə bilmirəm".

Bu qədər sadə.

Bəlkə, intihar etmək üçün mənalı səbəb tapan olub?

Amma yox. Bu dəfə də yox.

Nəticədə nə oldu?

Müxtəlif, həmin müxtəlifliyin içində təkrarlaşan və bir o qədər də müəyyən səbəblərdən doğan depressiv auraya görə intiharlar siyahısına biri də əlavə olundu.

İntihar etdikdən sonra hər şeyin daha yaxşı, yoxsa daha pis olacağından xəbərsizsən. Düşünə bilməzsən ki, intihar etsən, mütləq hər şey bitəcək. Bu, hər şeyin yekunudu.

Televizoru qəfil söndürsən, bundan televizorun xəbəri olmasa da, yayım yenə davam edəcək.

"İnsanlar niyə intihar edirlər?" sualının üstündə çox fikirləşməyə dəyməz.

Axtarsan, milyon dənə səbəb sayarsan.

Əsas sual bu cür olmalıdı:

"İnsanlar niyə intihar etmirlər?".

Bu suala milyon dənə cavab tapmağa ehtiyac yoxdu. Sadəcə bir cavab tapsan, kifayət eliyər ki, sənin də yaşamaq üçün səbəbin olsun.

Hər gün doğan günəşlə həyatınıza yeni bir şansın, yeni bir gözəlliyin gəlməsinin mümkünlüyünü düşünmək lazımdı.

Həyatda tək olduğunuz qədər, sizdən asılı olan (!) insanları da düşünmək lazımdı.

İntihara getdiyin yolda qarşına çıxan pişiyin hansısa şıltaq hərəkəti belə səni bu fikirdən daşındıra bilər.

Çarəsizlik deyə bir şey yoxdu, əslində.

Ən ölümcül xəstəlikdə belə qarşınızda səmimi bir insanla adi bir söhbətin yükünüzü yüngülləşdirəcəyini bilmək lazımdı.

Nə olursa olsun, həyatın zərurətdən kənar minlərlə qiyabi gözəlliklərə malik olduğunu hiss edə bilmək belə intihar etməmək üçün yaxşı səbəbdi.

O an atanı, ananı, sevgilini, Çempionlar Liqasının musiqisini, şokoladlı dondurmanı, bir sözlə, ən sevdiyin nələr varsa, hamısını əlinin tərsi ilə itələyəcəksənmi?

Bu qədər soyuqqanlı ola bilmək xarizmatik görünə bilər, amma mənasızdı.

Bozumtul və yağışlı havaya, hər səhər yuxudan durub işə getməyə və mənasız iclaslara qatılmağa, hər yeni doğan günəşin şəfəqlərini öz xəyallarının yolunda yox, öhdəliklərinin yolunda söndürməyinə və daha çoxuna rəğmən yaşaya bilərsən.

İstənilən ümid səni tuta bilər həyatda.

Hələ də özünü sahilə çırpan dalğalar var.

Hələ də məsciddə gözəl səslə azan verən müəzzinlər var.

Hələ də üzməyə dənizlər, gəzməyə səkilər var.

Hələ də yazıçılar yaxşı kitablar yazırlar.

Və hələ də uğruna qədəh toqquşduracaq qadını tapmamısansa, bunların heç olmasa, bir dənəsinin verdiyi ümid səni həyatda tuta bilməzmi?

Ölmək bir canlının başına gələ biləcək ən pis şeydi. Özünü öldürə bilirsənsə, başına gələn hər problemi həll edə bilərsən.

Düşünürəm ki, intihar edən insanlar o qədər eqolu olurlar ki, öz canlarını özlərindən başqa kiminsə almağına razı deyillər.

Yaşamaq silahdı. Həyatla mübarizə aparanda bu silahdan istifadə eləmək lazımdı.

Bunu mən deyirəm.

Heç kəs kəndiri boğazınıza keçirəndə gəlib qulağınıza pıçıldamayacaq ki:

"Ölüm-ölüm dediyin nədir ki, gülüm?!".

# 5422 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
"Dünən susanlar, sabah da susacaqlar..."  - Nobel Sülh Mükafatçısı  Elie Vizeldən sitatlar

"Dünən susanlar, sabah da susacaqlar..." - Nobel Sülh Mükafatçısı Elie Vizeldən sitatlar

14:30 2 iyul 2026
"Biz bütün səadətimizi dörd gündə yaşadıq..." - "Əcəl zəngi"ndən bir hissə

"Biz bütün səadətimizi dörd gündə yaşadıq..." - "Əcəl zəngi"ndən bir hissə

12:30 2 iyul 2026
"Sevməyin  hər şey olduğunu öyrəndim..."  - Herman Hesse

"Sevməyin hər şey olduğunu öyrəndim..." - Herman Hesse

11:30 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
"Bu, insanın belini qıran bir gözəllikdir..." - Bukerli alban yazıçıdan deyimlər

"Bu, insanın belini qıran bir gözəllikdir..." - Bukerli alban yazıçıdan deyimlər

16:00 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər