Səndə alınacaq - Nuray Axundova

Səndə alınacaq - Nuray Axundova
29 noyabr 2021
# 13:45

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nuray Axundovanın “Səndə alınacaq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

2027-ci il, 21 noyabr. Günəşin isti şüaları soyuğu kəsirdi. İnsanlar təlaşla işə gedirdi. Bəziləri sevdiyi işlərdə, bəziləri isə yaşamaq üçün işləyirdi. Biri hədəfini unutmuş , biri isə gənc çağında hədəfi üçün çalışırdı.

Belə bir vaxtda heç kimin gözləmədiyi bir şey oldu. İnsanlar iş yerlərinin qapısında, sosial şəbəkələrdə, mağaza və şirkətlərin divar və pəncərələrində gördükləri yazı ilə sanki bir yuxudan ayıldılar. Hətta şəhərin meydanında bu yazı reklam lövhələrinə yansıdılmışdı. Ən maraqlısı isə bu yazını yazan şəxs idi. O şəxs tibb sahəsində özünü sübut etmiş və bir çox uğurlara imza atmış həmin xanım idi. Hər kəs diqqətlə işini bir kənara qoyaraq bu yazını oxumağa başladı. Belə yazılmışdı:

“ Əziz gənclər və valideynlər. Məni bəziləriniz tanıyırsınız, bəziləriniz isə yox. Amma bu vacib deyil, çünki mən sizə eyni bir problemdən danışacağam. Həyatda hər birimizin bir arzusu, amalı var. Bu yolda çox çətinliklər çəkirik, istəmədiyimiz insanlarla qarşılaşırıq, bəlkə də ən yaxınlarımız bizə yad olur. Xəyallarımızı danışdıqda sanki valideynlərimiz artıq bunu mənimsəyib hər səhvimizdə bizi acılamağa başlayır və siz artıq bu arzunuzu onların arzusu imiş kimi yaşamağa başlayırsınız və nəticədə siz əl çəkirsiniz...”

Bura qədər sanki insanlar bəzi şeyləri artıq başa düşürdülər. Bir anlıq valideynlərin ağlına övladları gəldi, gənclər isə valideynlərini xatırladı. Oxumağa davam etdilər:

“...Başqaları üçün yaşamaq məcburiyyətində qalırsan. İnsanların sizdən gözlədikləri həyatınızda idealınıza çevrilməsin. Valideynlər isə övladlarını sıxmasın. Mən də əvvəllər anamın dediyi kimi biri olmağa çalışırdım. Bacara bilməməkdən qorxurdum, amma qorxmalı olduğum ən vacib məsələ başqalarının bizim həyatımızı idarə etməsidir. Öz həyatımızı yaşaya bilməmək ən böyük əzabdır. Gənclər, heç vaxt düşdüyünüz yerdə qalmayın. Əgər qalxmasanız, bir şəxsiyyət kimi formalaşmayacaqsınız. Bu gündən başlayın.”

Hər kəsdə eyni ifadə var idi. Bu yazı sanki insanların həyata baxışını dəyişdirdi. Unutmamaq lazımdır ki, əgər özümüz kimi yaşasaq, bizdə alınacaq.

# 2977 dəfə oxunub

Oxşar xəbərlər

Telefon zəngləri - Şıxəli Qurbanovun hekayəsi

Telefon zəngləri - Şıxəli Qurbanovun hekayəsi

15:00 24 may 2026
Atam və mən - Nobel mükafatçısının hekayəsi

Atam və mən - Nobel mükafatçısının hekayəsi

12:00 23 may 2026
"Mən müraciət ediləcək son ünvanam..."  - Artur Konan Doyl

"Mən müraciət ediləcək son ünvanam..." - Artur Konan Doyl

18:39 22 may 2026
"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

17:00 22 may 2026
Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

14:40 22 may 2026
"Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər..."- Vaqnerin memuarından bir hissə

"Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər..."- Vaqnerin memuarından bir hissə

12:40 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər