Qızlığına aşiq olan ata - Seks dəlisi olan qadınlar haqqında iki tövsiyə

Qızlığına aşiq olan ata - Seks dəlisi olan qadınlar haqqında iki tövsiyə
31 oktyabr 2023
# 21:00

Kulis.az Ömər Xəyyamın "Nimfet, konfet" adlı yazısını təqdim edir.

Belənçi deyirlər: dişi çıxmamış, döşü çıxmış...

Əlbəttə, dilimizdə belə qənaətlər çoxdur.

Mən bu haqda mifologiyada oxumuşam.

Fəqət yeridir: seks evlilikdə vərdiş, sevgidə ibadətdir.

İşə bax, yadıma Tolstoyun Kroyçer (Kreyser) sonatası (1889) düşdü.

Evlilik şablonu, sevgidən nifrətə...

İncildən cümləylə başlayır: qadına şəhvətlə baxan kişi, onunla sevişməsə də, zina etmiş sayılır...(Matta, bab v.28)

Tolstoy deyir ki, görünüşcə seçici kişidir, fəqət əslində, qadın seçir, qadın çağırır və kişini qula çevirir.

Qatarda başlayan hekayənin qəhrəmanı arvadının onu bir musiqiçiylə aldatdığını fikirləşmiş, sonra da bu şübhəylə onu öldürmüş, fəqət həbsdən sonra, əslində, arvadının xəyanət etmədiyini öyrənmiş Pozdnişevdir.

Tolstoy romanın adını Bethovenin eyni adlı (Bethoven bu əsərini skripac Rodolf Kroyçerə həsr etmiş) əsərindən götürmüş və onun fikrincə, musiqi ruha, bədənə təsir edir, xəyanətə, şəhvətə sürükləyir: Bəs, Kroyçer sonatası bir məclisdə, ifa olunsa, aləm dəyər biri-birinə.

Evlilik sevgini öldürürmü?

Seks sevgini adiləşdirirmi?

Və uşaqlar...

Ola bilər, müəllifin fikirləriylə razılaşmayasınız, fəqət əminəm ki, çox şey sizin üçün aydın olacaq.

Hə, söz sözü gətirir. Dişi çıxmamış, döşü çıxmışlar haqqında yazırdım axı.

Nimfet (nimf) yunan mifologiyasında qasırğa, yağış, fırtına, ildırım mələkləridir - bir növ, ekomələklərdir.

Mifologiyada haman mələklər qadın kimi enirlər.

Məsələn, məşhur brend "nike" də nimfadır - qadın halında sürət mələyi.

Nabakovun Lolitası da nimfetdir.

12 yaşlı su pərisi...

Nimfa, həm də onurğasız böcəklərin yetkinliyə çatmadan çevrilməsidir. Soxulcan misalı - onu qarmağa keçirib balıq tuturlar.

Trierin "Nimfomanyak" filminin birinci hissəsi "balıq ovu"nu xatırlayıram...

Hiperseksual qadın Joe balıqçı Seliqman dayının qurudub divardan asdığı nimfanın fonunda kişiləri balıq kimi ovlamağından danışır.

Nimfomanyak sözü də haman kökdəndir - hiperseksuallıq mənasında.

Trierin adını çəkdim, nimfetlərdən, xəyanətdən bəhs etdim, Qaspar Noeni xatırlamasam, günah olar.

"Sevgi" filmini deyirəm.

Ər/arvad üçüncü adamı - qonşuluqdakı polyak qızı yataqlarına dəvət edirlər və bu birgəlik sonradan ikiləşir.

İki ayrı müstəvidə davam edir: qonşu qız hamilə qalır...

Film primitiv mənada qrup seks, hedonist istəklərin bədii/vizual həllidir, fəqət Noenin rənglərindən tutmuş musiqilərinəcən, divardakı rəsmlərdən tutmuş adlaracan, rəssam işindən, operator işinəcən - hər ştrixi ayrılıqda bir simvoldur.

Məhz fondakı detalları birləşdirdikdə sevgi və bədənin birgəliyi, yaxud bir/birindən uzaqlığı haqqında film izləmək olar. Yoxsa kinomatoqrafik pornoya baxacaqsınız. ki, bunun üçün xeyli porno saytları var.

Filmin texniki qüsurlarını, yaxud uğurlu bəddi/vizual həllini təkraralamaq istəmirəm, məqsədim nimfet qadınlar haqqında həm etimoloji/mifoloji bilgi vermək, həm də iki film, iki kitab tövsiyə etməkdir.

Unutmamış deyim, Qaspar Noenin filmindəki incə məqamlardan biri də ərin adının Mörfi, qadının isə Elektra olmasıdır. Ki, bu adlarla rejissor həm Mörfi qanunlarına, həm də "elektra sindromu"na göz vurub. Təsadüfi deyil ki, uşağın adı da, Qaspardır.

# 7812 dəfə oxunub

Oxşar xəbərlər

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
# # #