Günəşdən qabaq – Yeqzar Cəfərli

Yeqzar Cəfərli

Yeqzar Cəfərli

17 dekabr 2021
# 14:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Yeqzar Cəfərlinin “Günəşdən qabaq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bir tərəfdə öləzimiş arzular, digər tərəfdə xəstəliyin verdiyi acı ağrı. Hərə bir yolla xəstəliyə düçar olur, başqalarının əzabını təkrar edirlər. “Ən böyük problem problemsizlikdir” məntiqinin kökünün hardan gəldiyi üstündə düşünmək mümkündür.

Vaz 2107 markalı avtomobilimlə 140 km/saat sürətlə hava limanı yolunda idarəetməni itirirəm, maşın sağa, sola rəqs edə-edə yol kənarında bir neçə işıq dirəyini sayıram.

Xəstəxanadan yenicə çıxıram, “mehriban” həkimlər sayəsində aldığım hasarı aradan qaldırıram. Artıq türklər demiş “top kimiyəm.” Qəzadan qabaq yaşadığım şoku təsirini hər gecə yuxuda hiss edir, qışqırmadan oyandığım günə nəzir deməyə hazırlaşıram. Şəhərdə savadlı bir psixoloq tanıyıram. Allahın hər verən günü otağının qarşısında adam qaynayır. Qabaqcadan zəng edib qəbula yazılıram. Bir saat bundan qabaq psixoloqun qəbuluna girməli olsam da, pensiyaçıya, məktəbli uşağa, hamilə qadına yol verə-verə vaxtım uzanır...

- Danışdıqlarınızdan belə başa düşürəm ki, ciddi travma sizdə psixoloji vərdiş yaradıb.

Ara-sıra gözlüyünü aşağı salan psixoloq məni donuq şəkildə süzür, yarısərt, yarıyumşaq bir baxışla dərdimə əlac tapmağa çalışır, başa düşdüyüm qədərilə.

Son günlər vicdan, vəfa, etibar kimi mənəvi şeylər haqqında daha çox düşünməyə başlamışam. Bu prosesi psixoloqa da çatdırıram ki, məntiqli bir nəticə ilə mərkəzi tərk edə bilim.

Bu tiplu qəzalarda belə hallar tez-tez baş verir. Psixoloq nitqini bir az da sürətləndirir, “sizin bəzi hüceyrələriniz oyanmış, digər aktiv hüceyrələrinizi əvəz etmişdir” – deyərək gülümsəyir, yanaqları qızarır.

- Axı, insan zəif varlıqdır – gözlərimi psixoloqa zilləyirəm. İnsan başqasından ötrü niyə ölsün ki? Və ya insan hansı səbəbdən başqasının həyatını yaşamalıdır? Vicdan özü belə uydurmadır. İnsan təbiətən zəif varlıq olduğundan vicdanı uydurub, başqa sözlə, vicdan günahdan sığortadır.

- Belə görürəm ki, siz ölümdən sonrasına da inanmırsınız.

- Mən ölümə xoşbəxtlik kimi baxıram. Acı ilə yaşamaqdansa ölmək daha yaxşı olmazmı? İnsanı bu dünyaya gətirən Allahdır. Aparan da odur. Biz hər gün övladını məktəbə gətirən valideynin günorta onu evə aparmağa gəlməsinə nə üçün təəccüblənək ki?!

- Travmanızın hasarı dərindir...

- Axı siz psixoloqlar “insan azad olmalıdır” deyirsiz. Əgər mən düşündüyümü deyərkən və ya dediyimi düşünərkən sərbəst deyiləmsə, necə azadam?

Psixoloqun yazdığı raportdan sonra özümü uzun və yorucu bir sənədləşmə prosesinin mərkəzində tapıram. Yerləşdirildiyim ruhi dispanserdə yaşadıqlarımdan sonra bir az xəfifləyirəm, ayaqlarımdan başlayan yüngüllük bədənimdə gəzir, başıma doğru qalxır.

Yeməklər də dadlıdı. Heç kimi üstümə qışqırmır. Mədəni şəkildə problemlərini həll etdiyimiz mühit var burada. “Dəli”lər hər gün yeməkdən sonra masanın üzərində buraxdıqları yemək qırıntılarını toplayıb məcməyiyə qoyurlar, daha sonra yerə düşən bir-iki kağız parçasını da səliqə ilə bükür, zibil qabına atırlar. “Dəlixana”nın xadiməsi Balacaxanım körpə ağacları ana qayğısı ilə böyüdür, mərkəzin həyətini gül-çiçəklə bəzəyir.

Yağış təzəcə dayanıb. Bayaqdan çiçək qoxusu verən torpaq indi ətrafa yağışın qoxusu ilə qarışıq fərqli bir qoxu yayaraq bir neçə dəqiqədən sonra günəşin doğacağını müjdələyir.

# 2761 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #