Dəvətsiz qonaq, corab tayları, tər qoxusu... - Qadınların ən sevmədiyi 10 kişi pintiliyi

Dəvətsiz qonaq, corab tayları, tər qoxusu... - Qadınların ən sevmədiyi 10 kişi pintiliyi
23 noyabr 2021
# 17:05

Kulis.az "Qadınların kişilərdə sevmədiyi 10 kişi pintiliyi" yazısını təqdim edir.

1. Evdə siqaret çəkmək

Qadınların ən zəhləsi getdiyi şeydir.

Elə bir qadın tapılmaz ki, evdə siqaret çəkən kişini öldürmək istəməsin. Siqaretə dözən qadın tapmaq çöllükdə iynə axtarmaq kimidir. Əgər elə bir qadın tanısanız, mütləq onunla evlənin. Qardaş qardaşa bu məsləhəti verməz!

2. Sabunqabını sulu saxlamaq

Faciədir!

Əlini yumusan, yaxud çimmisən, dərhal, son dərəcə dərhal qadın detektiv kimi hamamı yoxlayır və ilk hədəfə dəyən sabunqabı olur. Vay o sabunqabı batan qayığı xatırlatsın. Su sabunqabıyla qardaşlaşdısa, sizin ölüm fərmanınız hazırdır. Sizin deyəndə kişiləri deyirəm.

Kadınların Sevmediği 10 Erkek Davranışı! - MaksatBilgi

3. “Çay gətir!” demək

Xüsusən də nə iləsə məşğuldursa. Bir “çay gətir” cümləsi “səni tanıdığım günə lənət olsun”dan başlayır, “niyə o gün mənə qışqırdın” kimi hansısa üstü tozlanmış xatirənin açılmağına kimi gedib çıxır. Gördünüz ki, xanımın qaşqabağı düyünlənib, yaxud da qab yuyur, səsini çıxarmayın. Feministlər demiş, gedin özünüzə çay süzün. Burda nə çətin iş var ki?

Kahveci Kadınların Anneler Günü Kutlandı - Son Dakika

4. Ayaqqabıları səliqəsiz çıxarmaq

Ayaqqabı rəfini niyə almışıq? O nə işə yarayır? Qadın başınızın üstündə durub o kəşfin tarixini eşələyəcək, sizə bir-bir xırdalayacaq. O qədər danışacaq ki, artıq evə gələndə ayaqqabınız özündən asılı olmadan, sakitcə, yavaş-yavaş ayaqqabı rəfində bərqərar olacaq.

5. Corab tayları

Yorğun-arğın gələn kişinin dramı. Corablar hər dəfə fərqli-fərqli yerlərdən üzə çıxır. İtkin düşmüş corab taylarını tapan qadının deyintisini yığıb-yığışdırsan bir corab fabrikinə güclə sığışar.
“Bu andırı yerinə qoy da”. Corab da, sən də təhqirə məruz qalırsan. O corabı tapmağın da cəhənnəm əzabı olur. Çünki kişisənsə, yalnız tapdığın şeyi görmək istəyirsən. Ona görə də corabı axtarana qədər çığır-bağırın kəsilmir. Qadın o məqamda “ə, düz gözünün qabağındadır da” deyəndə başa düşürsən ki, qadın başqa aləmdir, onun hər tərəfdə gözü var, yaxud da gözləri yalnızca sənin corabını tapmaq üçün var.

Corabı cırıq siyasətçilər - Onlar belə biabır oldular

6. Kəskin tər qoxusu

Metro, avtobus havasını evə gətirdinsə, danlaq yiyəsi olacaqsan. Gələn kimi Hüseyn Bolt cəldiyində hərəkət etməli, tezbazar paltarlarını soyunub paltaryuyana qoymalı və üstündən gələn tər qoxusunu o dünyaya göndərməlisən. Çünki bunları etməsən yad qızı sənin gününü göy əskiyə bükəcək. Mütləq bükəcək.

7. Futbola baxmaq

Qadına görə futbol, ümumiyyətlə, mənasız və avara bir şeydir. O mənasız və avara məşğuliyyətlə də öz təyinatı üzrə istifadə eləməlisən. Fərqi yoxdur, Qarabağ Çempionlar liqasında finalda oynasa belə, bu qayda dəyişmir. Qadına görə seriala təkrar baxmaq mümkün deyil. Futbola isə başqa gün də baxmaq olar. İzah da eləyə bilməzsən. Nə deyəcəksən? 22 nəfərin bir topun arxasına düşüb getməsini hansı qadın ciddiyə alar?


8. Dəvətsiz qonaq

“Evdə işim olduğunu bilirsən də, niyə gətirmisən bunu?”. Bu söylənti heç bitməyəcək kimi davam edir. O vaxta kimi ki sənin bütün əhvalın pozulur. Evə gətirdiyin dostunun söhbətlərinə də qulaq asa bilmirsən. Bilirsən ki, axşam bu davanın davamı olacaq. Çox çətindir e. Yaşamaq lazımdır o anları.

9. Mətbəxə müdaxilə

Qətiyyən! Toxunma! Ümumiyyətlə, qadının ixtisası olan işlərə burnunu soxma.

10. İçkili gəlmək

Bu heç də. İçki qadının ən böyük düşmənidir. Xüsusən içki içməyə gedib evdəki soyuducunu düzəltdirməmisənsə, vay halına. Sənə çox yazığım gəlir indidən.

Sarhoş erkek yalan söyler mi? - KizlarSoruyor

Bonus: Qadının qohumlarına nifrət – Bu artıq roman mövzusudur!

# 5375 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion yenidən səhnəyə qayıdır

Selin Dion yenidən səhnəyə qayıdır

13:00 25 mart 2026
42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

11:30 25 mart 2026
Abbas Kiarostaminin evi ABŞ-ın hava hücumları nəticəsində zərər gördü

Abbas Kiarostaminin evi ABŞ-ın hava hücumları nəticəsində zərər gördü

11:10 25 mart 2026
Qaranlıq gecədən soruş... - Günün şeiri

Qaranlıq gecədən soruş... - Günün şeiri

10:30 25 mart 2026
İlham Əzizin ilk romanı çap olundu

İlham Əzizin ilk romanı çap olundu

22:00 24 mart 2026
"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj

16:30 24 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər