Ağlım başımda yox, ayağımdaydı

Həmid Herisçi, yazıçı

Həmid Herisçi, yazıçı

26 yanvar 2023
# 10:49

Bir cürə adamlar var, ağılları başda yox, ayaqlarında olur sanki. Dilimizdəki “ağlı dabanındadır” ifadəsi də belələrinə aiddi.

Biri, elə mən özüm...

Qərbdə, bu cürələrinə "Stalker" də deyirlər. Məşhur kinorejissor Andrey Tarkovskinin eyni adlı filminə diqqətlə zillənsəz, hə, mövzunun bütün dramatikliyini hiss edərsiz.

İtkin adamları, əşyaları, qaniçən caniləri, məxfi ünvanları adətən belələri bir göz qırpımında aşkarlayırlar. Ayaqları bir növ “ağıllı”dır belələlərinin. Nəinki beyni.

Yüksək Alp yaylaqlarında bitən “Edelveys” çiçəyini aşkarlamaq xoşbəxtliyi də adətən belələrinin qismətidir.
Bu çiçəyin özünü nədi? Ay-hay... adını da tapmışam mən.

Özü də görün bir harda?

Güneydəki Babək qalasının ətəklərində.

Bir yol, Təbrizdən getdim Kəleybərə. Ordan, sanki buludların üstü ilə, dumanın içindən, qalxdım əlçatmaz Babək qalasına.
Duman pərdəsi ətrafımdan çəkilincə, gördüm ətrafda bitki örtüyü artıq yoxdu.
Canlılardan bir mənəm burda, bir də...
Bax, bu çiçək.


Bələdçim vardı, adı Qulammirzə. Arxadan yaxınlaşıb mənə dedi: “Axır güldü bu. Day, gül olmayacaq yolumuzda. Biz bu çiçəyə “gülaxır” da deyərik”.

Lal-dinməz dayandım bir xeylax orda.

Bəxtim, nərddəki kimi, “Qoşa” vermişdi mənə. Edelveysin həm özünü aşkarlamışdım, həm də, azərbaycanca adını.
Arxada qoyduğumuz son kəndin də adı elə “Gülaxır” idi.

Hə...Babək qalasını mən, bax beləcənə ziyarət etdim.

Ağlım, başımda yox...dabanımdaydı sanki.

Vallah.

# 4974 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, insanın belini qıran bir gözəllikdir..." - Bukerli alban yazıçıdan deyimlər

"Bu, insanın belini qıran bir gözəllikdir..." - Bukerli alban yazıçıdan deyimlər

16:00 1 iyul 2026
"Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir..." - Fransız yazıçıdan sitatlar

"Yalnızlıq ölümə hazırlıq məşqləri etmək deməkdir..." - Fransız yazıçıdan sitatlar

13:40 1 iyul 2026
"İztirab çəkməmiş  ruh səadətdən nə anlaya bilər?" - Jorj Sanddan aforizmlər

"İztirab çəkməmiş ruh səadətdən nə anlaya bilər?" - Jorj Sanddan aforizmlər

11:00 1 iyul 2026
"Bilmirdi bu ölkənin nəyini və necə sevsin..." - Çeslav Miloşun "İssa vadisi" romanından bir hissə

"Bilmirdi bu ölkənin nəyini və necə sevsin..." - Çeslav Miloşun "İssa vadisi" romanından bir hissə

12:10 30 iyun 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
"Darıxmaq insan duyğularının ən alisidir..." - Cakomo Leopardinin aforizmləri

"Darıxmaq insan duyğularının ən alisidir..." - Cakomo Leopardinin aforizmləri

16:00 29 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər