Acı həyat hekayəsi - Nurlanə Vəliyeva

Nurlanə Vəliyeva

Nurlanə Vəliyeva

8 dekabr 2021
# 18:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nurlanə Vəliyevanın “Acı həyat hekayəsi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bakının kəndlərinin birində yaşayan gənc tələbə bir qız vardı. Qız ailəsinin bütün yükünü öz çiyinlərinə götürmüşdü. Atasının vəfatından sonra xəstə anasına baxır, bacısını oxutdururdu.

Tələbəliyin son ili idi. Qız bir gün də dərsə gedərkən tələsərək yolu keçəndə maşın vurur. Vuran gənc oğlan qızı tez xəstəxanaya aparır. Bir neçə saat keçir və qız artıq xəstəxanadan çıxır. Oğlan səhəri gün gəlir və görür qız yoxdu. Oğlan qıza vurulmuşdu. Amma qızdan heç bir xəbər ala bilmirdi.

Aylar keçmişdi. Qız artıq xəstəxanada işləməyə başlamışdı. Həmin oglan da burda hekim idi. Oğlan neçə aydı qızı ağlından çıxara bilmirdi. Bir gün işdə təsadüfən qızla rastlaşdı. Mən sizi aylardır hər yerdə axtardım və bu gün çox gözəl təsadüf oldu. Sizi gördüyümə çox şadam... Bunlar artıq tanış olurlar, işdə günləri, saatları bir keçir. Çox xoşbəxt idilər. Amma qızın həyatının çətinlikləri yenə də öz axarında davam edirdi.

Aylar keçir artıq elçilik edirlər. Bir-birilərini elə çox sevirlər ki, biri can desə o biri canın verər. Oğlan qızın ailəsi ilə tanış olmuşdu. Qız ona bildirmişdi ki, ailəmə tək mən baxıram.

Günlərin birində oğlan qıza mesaj yazır: “Bağışla məni” amma mən xəstə ailənə baxan deyiləm! Bacarmıram artıq ayrılaq. Qız dedi: Bəs məni sevirdin? İnsan sevdiyi insan üçün hər şey edər. Amma seninki sevgi deyil! Buyur, yolun açıq olsun! Qız həyatdan bir zərbə daha aldı.

Oğlan da işdən çıxır və gedir, imkanlı bir qızla ailə qurur. Bir gun bu ikisi maşınla gedəndə qəzaya düşürlər. Ən yaxın xəstəxanaya - qızın işlədiyi yerə gətirilir. Oğlanın vəziyyəti olduqca ağır idi. Oğlanın birinci sevdiyi qızı da bu əməliyyata saldılar .Həkim qız xəstənin vəziyyətini xilas edir amma artıq yeriyə bilməyəcək. Xəstə yaxınlarına məlumat verir. Yoldaşı da oğlanı tərk edib gedir. Oğlan illər əvvəl etdiyi səhvləri, günahları artıq başa düşmüşdü və çox peşman olmuşdu. Qıza deyir: “yalvarıram bağışla məni” illər öncə etdiyim səhvimi indi anladım.

- Qız deyir mən artıq öz ailemlə çox xoşbəxtəm. Bu gün sən mənə o yaşadığını yaşadın. Həyat da mənə təkbaşına ayaqüstə mübarizə aparıb qalib gəlməyi öyrətdi.

# 10342 dəfə oxunub

Oxşar xəbərlər

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

12:30 29 oktyabr 2026
Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

12:00 29 oktyabr 2026
Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

Musson küləkləri - Orxan Cuvarlının hekayəsi

14:10 28 oktyabr 2026
"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

"İnsan ağlı həqiqətdən daha çox yalana inanmağa meyillidir..." - Rotterdamlı Erazm

14:00 28 oktyabr 2026
"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

"İnsan xoruzdan qat-qat aşağı səviyyədə dayanır..." - Mark Tvenin essesi Aygün Əzizin tərcüməsində

15:00 27 oktyabr 2026
"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər