Məşhur aparıcı: “Ona görə bütün şəkillərimi sildim”

Məşhur aparıcı: “Ona görə bütün şəkillərimi sildim”
21 fevral 2015
# 14:27

Kulis.Az “Hörümçək adam” layihəsində İnstagram sosial şəbəkəsində aktivliyi ilə seçilən aparıcı Kəmalə Piriyeva ilə müsahibəni təqdim edir.

- Nə vaxtdan İnstaqramdasız?

- Səhv etmirəmsə 2013-cü il yanvar ayından etibarən İnstagramdan istifadə edirəm. Bir ara dayandırdım, ona görə bütün şəkillərimi sildim, hamının unfollow etdim. Amma bir neçə ay sonra yenidən qayıtdım...

- Nə qədər folloveriniz var?

- 98 min.

- Aralarında kişilər çoxdur, ya qadınlar?

- Onu dəqiq deyə bilmərəm, amma profilimdə xanımlar çox aktivdi. Demək olar ki, komplimentlərin çoxun onlar yazırlar.

- Sizcə folloverlərinizin çox olmasında nəyin rolu daha çoxdur: gözəlliyinizin, aparıcı olmağınızın, yoxsa İntagramdan peşəkar şəkildə faydalanmağınızın?

- Məncə İnstagramdan normal istifadə etməyim. İnsanları bezdirməməyə çalışıram, bir gündə 50 foto yerləşdirmirəm.

- Kişi folloverləriniz necə şərhlər yazırlar; Sevgi etirafları, komplimentlər, yoxsa təhqir?

- Təhqir yazan insan məni izləyə bilməz. Kənardan baxıb iynəli söz yazıb qaçmaq istəyənlər isə bir də profilə qayıda bilmirlər.

- İnstagrama bağlı digər tətbiqlərdən də istifadə edirsiz?

- İnstamessage-dan istifadə etmirəm, amma ona bağlı bir çox proqramlar istifadə edirəm, İnstasize, İnstacollage, İnstavideo və s.

- İnstagramda uğur qazanmaq istəyən istifadəçi nə etməlidir?

- Dəqiq deyə bilmərəm, amma mən özüm səliqəli şəkillər, maraqlı videolar və ən əsası gündə ən çox 5 paylaşım edən profilləri izləyirəm.

- Ən çox sevdiyiniz İnstagram tətbiqi hansıdır?

- REPOST vasitəsi ilə istədiyim səhifədən şəkli və ya videonu öz səhifəmə rahatlıqla endirə bilirəm.

- Dubblaj.com vasitəsilə maraqlı vaynlar hazırlayırsız.

- Hə, məncə videolar çox maraqlı alınır, bunu izləyənlərin yazdığı rəylərdən açıq-aydın müşahidə edirəm. Videonu çəkəndə özüm də çox əylənirəm.

- Bir qadın İnstagramda necə şəkil paylaşa bilər, necə paylaşa bilməz? Sizin üçün elə məhdudiyyət var? Misal üçün, qadının uzanaraq şəkil çəkdirməyi?

- Qadın-kişi fərqi yoxdu. Mən heç kimə deyə bilmərəm nəyi paylaşa bilərsən, nəyi yox. Mənim üçün belə bir məhdudiyyət yoxdur. Xatırladım ki, kiminsə paylaşımları xoş deyilsə sadəcə unfollow deyə bir düymə var. Özünüzə niyə əziyyət verirsiniz?

- Çimərlik paltarında şəkil paylaşmağa necə baxırsız?

- O biri şəkillərə necə baxıramsa onlara da eyni şəkildə baxıram. Xoşuma gəlsə, hələ üstəlik layk da edirəm.

- Daha çox hansı haştaqlardan istifadə edirsiz?

- #ayushaqgetbashqayerdeoyna #ozunkimiol

- Hər gün nə qədər şəkil paylaşırsız?

- Ən çox 3 şəkil.

- Şəkil daha çox paylaşırsız, ya video?

- Daha çox şəkil paylaşmışam, amma videolarım da az deyil.

- Kommentlərdə hansı smaylikləri-işarələri daha çox paylaşırsız?

- Gülüş smaylikini.

- “Sizinlə necə əlaqə qurmaq olar?” kommentlərinə nəsə yazırsız?

- Yox, heç nə yazmıram.

# 2204 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #