Azərbaycan xalq dastanlarından ibarət 3 albom buraxılıb

Azərbaycan xalq dastanlarından ibarət 3 albom buraxılıb
28 dekabr 2014
# 21:14

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda Azərbaycan xalq dastanlarından ibarət üç albom buraxılıb.

AMEA-dan APA-ya daxil olan məlumata görə, albomu tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), Elxan Məmmədli, Miraslan Bəkirli, Elçin Abbasov və Elşad Məmmədovdur.

İlk albomda Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb.

# 1478 dəfə oxunub

Müəllifin son yazıları

# # #