Bu gün “Park Bulvar”da “Qafqazinfo” saytının rəhbəri, jurnalist Elbrus Ərudun yeni kitabının imza günü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyədə çap olunan “Anne annem” adlı kitab müəllifin yazılarının toplusudur.
İmza günündə tanınmış jurnalistlər, yazarlar iştirak ediblər. Onlar ilk satış günündə imzalı kitablar alıblar. Kitab jurnalistika fakültəsinin tələbələri üçün tövsiyə edilir. Eyni zamanda geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.
- Edqar Deqanın svastikaya bənzəyən rəqqasələri
- Ayxanı necə sındırdılar?
- “Sovetski” yaradıcı adamların gözü ilə
Yaxın günlərdə “Anne annem”in geniş ictimaiyyət üçün təqdimatı və müzakirəsi keçiriləcək.
Kitabın qiyməti 5 manatdır. “Anne annem”i şəhətin bütün kitab mağazalarından əldə edə bilərsiniz.