Kişi bədəni nümayiş olunacaq

Kişi bədəni nümayiş olunacaq
17 oktyabr 2013
# 17:39

Sentyabr ayının 24-də Parisin Orse Muzeyində “Çılpaq kişilər” adlı sərgi açılıb. Kulis.Az-ın verdiyi xəbərə görə, sərginin əsas məqsədi kişi bədəninin ecazkarlığını göstərməkdir. Sərgi təşkilatçılarının fikrincə qadın bədəni hər zaman daha çox diqqət mərkəzində olub. Dəfələrlə qadın bədəninin əks olunduğu sərgilər təşkil olunsa da, kişi bədəni çox nadir hallarda sərgilərdə nümayiş olunub.

Yanvar ayının 2-ə qədər davam edəcək sərgidə 1800-ci ildən 2010-cu ilə qədər çəkilmiş rəsm əsərləri, fotolar, heykəllər, qrafik işlər nümayiş olunacaq.

Sərginin təşkilatçıları bəzi eksponatların izləyicilər, xüsusən uşaqlar üçün şok effekti yaradacağını əvvəlcədən bildiriblər.

# 2901 dəfə oxunub

Müəllifin son yazıları

# # #