dejavu
bakıya qar yağdı bu gün
o ilk qarı xatırladım
ayaqlarımızla
sərhəd pozucusu kimi ehtiyatla
ilk cığırları açırdıq
bulvara sarı
əynində kürk vardı
yarı ağ
yarı sarı
anidən dönüb sənə baxdım
dur bir dəqiqə
səninlə heç görüşmüşmüydük?
ölən dostların borcu
əvvəllər sən belə xəsis deyildin
qoymazdın çox vaxt hesab verməyə
bir dəfə mən versəm çayın pulunu
mütləq sən ödəyərdin gələn səfərdə
bir bilsən nə qədər borclusan mənə
hər dəfə qəbrinin üstə gələndə
mollaya yasin pulu verdiyim üçün
qiyamət
axırzaman...
axır
axır
axır
axır sonsuz işiq seli kimi
zaman
intihar
bu dünyada
13 yaşındakı
qızların
ağac nəymiş
kəndir nəymiş
ölüm nəymiş
bildikləri qədər yaşadıq
sənsizlik qarderobu
geyim mağazasında
elə hey səni düşündüm
ayaqqabılara baxıb topuğunu
şərflərə baxıb boynunu
şalvarlara baxıb əndamını
koftalara baxıb döşlərini...
hər şey var idi
içinə sən dolmağa
səndən başqa...
Bilirsənmi “Yasin”lərə görə mənə nə qədər borclusan?
20 noyabr 2012
21:00
5275 dəfə oxunub