Ziddiyyətli insan və parlaq aktyor

Daniel Del-Luis, ingilis aktyor

Daniel Del-Luis, ingilis aktyor

27 noyabr 2021
# 11:02

Kulis.az Vüsal Bağırlının “Daniel Dey-Lüis. Ziddiyyətli insan və parlaq aktyor” yazısını təqdim edir.

Məşhur aktyorlar çoxdur. Al Paçino, Robert de Niro, Leonardo di Kaprio, Bred Pitt, Con Travolta, Corc Kluni, Conni Depp, Kianu Rivz və sair.


Hamısı dünya şöhrətli, hamısı tanınmış, hamısı ulduz.
Fəqət, mənim ən sevdiyim aktyor, ola bilsin, bu siyahıya uyğun gəlmir.

Niyə?


Çünki fərqli xarakterə məxsus, fərqli düşüncəyə mənsub insandır. Çünki trendə, gündəmə, məşhurluğa can atmır. Belə şeylərə tam biganədir.

Təbiəti belədir. Kölgədə durmağı, səssiz qalmağı xoşlayır. Onu bu həyat tərzinə görə, bir az yazıçı Cerom Selincerə də bənzədirəm.


O, həm də filmlərə çox az-az çəkilir. Səkkiz-on ildən bir. Hətta, bəzən belə fasilələr daha çox olur.


Fəqət, çəkiləndə də, rolunu elə oynayır, elə məharətlə ifa edir, baxarkən heyran qalmaya bilmirsən.

Filmləri həmişə dillər əzbəri olur, sənət, yaradıcılıq nümunəsinə, şedevrə çevrilir.

Məsələn, biri elə “Nyu-York bandaları” filmində canlandırdığı qəssab rolunu götürək. Mənfi, qəddar obraz olsa da, xarizması, aktyorun rolun öhdəsindən məharətlə gəlmə bacarığı ilə hər şeyi kəlləmayallaq tərsinə döndərir və tamaşaçıda ona qarşı qeyri-ixtiyarı rəğbət hissi oyadır.
Yaxud, “Linkoln” filmindəki unudulmaz ifasını xatırlayaq. Onun xarizmasına, görünüşünə, asta səslə danışıq tərzinə, jestlərinə baxanda, rolun öhdəsindən necə gəldiyini seyr edəndə, adamda elə təəssürat yaranır, sanki Avraam Linkoln özü dirilmiş, qəbirdən xortlayıb çıxmış və öz rolunu özü oynamışdır.

Mətnin bu yerində, bayaqdan epitetləri düzən, tərifləri sıralayan müəllifə istər-istəməz sual verilə bilər.
Görəsən söhbət kimdən, hansı aktyordan gedir?

Yubatmadan deyim.

Mövzumuzun qəhrəmanı aktyor Daniel Dey-Lüisdir.
Daniel Dey-Lüisin çəkildiyi ən yaxşı film şübhəsiz, “Neft”-dir.
Həm film özü gözəldir, düşündürücü sənət əsəridir, həm də aktyor rolun öhdəsindən məharətlə gəlir, obrazı təbii və əsrarəngiz çalarlarla ifa edir.

Kino əsəri dünya kino incəsənətinin əsrarəngiz və

unudulmaz incilərindən hesab olunur.

Bəs rejissor Pol Tomas Andersonun 2008-ci ilin Oskar mükafatlı epik lenti “Neft” tamaşaçıya nəyi çatdırır, nəyi başa salır?

Kino əsərinin hərfi tərcümədə adı (There Will Be Blood) fərqli şəkildə təqdim olunsa da, o əslində daha sadə adla tanınır.

“Neft”.

Filmin əsas konstruksiyasını, süjet xəttini qan və neft təşkil edir. Daha doğrusu, film üç sual üzərində baş sındırır. Hansı daha qiymətlidir:

“Tanrı naminə tökülən qan, qara qızıl, yoxsa, insan həyatı?”

Özü də nə qədər qəribə görünsə də, iki substansiya, qan və neft lent boyu bir-birləriylə ziddiyətdə deyil, əksinə, bağlılıqda olurlar, əməkdaşlıq və müttəfiqlik nümayiş etdirirlər. Tək insan həyatından başqa.

Film struktur baxımdan iki hissəyə bölünür. Birinci hissədə, Texasın boz, küləkli, ucsuz-bucaqsız, kimsəsiz yarımsəhra çöllüklərində qara qızılın həşirlə axtarılması, kəşfiyyatı, buruqların qazılması göstərilsə də, ikinci hissədə əldə olunan zahiri xoşbəxtlik, qazanılan külli-miqdarda sərvət, pullar fonunda, gələcəklə bağlı illüziyalar darmadağın olunması, qətllərin törədilməsi təsvir olunur.

Burada, neft tamaşaçı üçün adi yanacaq mənbəyi və vasitəsi deyil, həm də dörd təbiət elementini birləşdirən substansiyadır. O, su kimi axıcı, yüngül olsa da, Torpağın altında gizlənmişdir. Onu nə yolla olur-olsun, fontanla havaya püskürtmək tələb olunur. O, qəzəblənəndə, heç nəyə aman vermir, hər tərəfi od-alova bürüyür.

Ümumiyyətlə, bütün süjet boyu dövrün atmosferi, ab-havası parlaq şəkildə təsvir olunmuşdur. Filmdə hər şey, acgözlük, nifrət, kin, qibtə hissi, qəddarlıq real dramatik çalarlarla göstərilmişdir.

Əsərin baş qəhrəmanı Pleynvunu (Daniel Dey-Lüis) neftdən, qara qızıldan başqa heç nə maraqlandırmır. O, həm ağıllı işbaz, həm də qazanc üçün hər vasitəyə, hiyləyə əl atan, ilk fürsətdəcə öz qurbanın boğazını üzməyə hazır ovçudur.

Pleynvu Allaha inanmır, amma həm də dərk edir ki, camaatın inamını qazanmaq üçün, onsuz keçinə bilməyəcək. Allah Pleynvu üçün məqsədə çatmaq üçün aralıq vasitədir. Məqsəd isə dəyişməz və sabitdir. NEFT.

Pleynvu varlılara nifrət edir. Sonra, o da öz təri, qanı, əməksevərliyi və inadı hesabına tükənməz varidat əldə edir. Lakin, ətrafındakılara olan nifrəti azalmır, əksinə, apofeoz həddə çatır. Başına tökülən sel kimi pullar, hədsiz miqdarda sərvət, sakitlik və xoşbəxtlik gətirmir, qəhrəmanın daxili qəddarlığını daha da artırır.

Nəhayət, filmin sonluğunda görürük ki, hakimiyyətə və qüdrətə baxmayaraq, Daniel Pleynvu tənha, yalqız içki düşkünüdür, tənhalıq girdabında boğulan bədbəxt insandır.

Pleynvunun içi damla-damla yığılmış kinlə, nifrətlə doludur, onun gözündə kimliyindən asılı olmayaraq hamı pisdir. O, varidatı, sərvəti, pulu, hamıdan uzaqlaşmaq, heç kəsi görməmək naminə toplayır və sonda buna nail olur.

# 2412 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

14:00 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər