“Zəfər yolunda 44 gün” adlı kitabın təqdimatı keçirildi

“Zəfər yolunda 44 gün” adlı kitabın təqdimatı keçirildi
7 noyabr 2024
# 16:40

5 noyabr tarixində “8 Noyabr-Zəfər Günü” ərəfəsində Respublika Uşaq Kitabxanasında Bakı şəhəri üzrə ümumtəhsil məktəb şagirdlərinin və 1 nömrəli UGİM-in dərnək üzvlərinin iştirakı ilə uşaq yazarı Əziz Sultanla görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü il açan kitabxananın direktoru uşaq yazarı Əziz Sultanın 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Zəfər yolunda 44 gün” adlı kitabı haqqında məlumat verib. Kitabda 44 günlük Vətən müharibəsi boyunca xalqımızın igid oğul və qızlarının ön və arxa cəbhədə göstərdikləri fədakarlıq, şücaət və qəhrəmanlıq nümunələri oxuculara təqdim edilir.

Kitabın müəllifi, yazıçı Əziz Sultan çıxış edərək, kitabda 44 hekayənin yer aldığını söyləyib. Həmçinin qeyd edib ki, kitabda Vətən müharibəsi zamanı Ali Baş Komandanın yürütdüyü müdrik siyasət, xalqımızın nümayiş etdirdiyi həmrəylik və Azərbaycan ordusunun sücaəti yaşanmış real faktlar əsasında hekayə olaraq yeniyetmə və gənclər üçün qələmə alınıb.

Görüşdə məktəblilərlə yazar arasında maraqlı sual-cavab sessiyası keçirilib. Məktəblilər yazara müəllifi olduğu kitablarla bağlı suallar ünvanlayıb, Vətənə, şəhidlərə və bayraqla bağlı öz fikirlərini dilə gətirib.

Tədbir Şanlı Zəfər tarixinin yeniyetmə və məktəblilər arasında təbliği, mütaliə vərdişlərinin artırılması məqsədilə təşkil olunub.

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər