Yazı mədəniyyəti olmayan yazarlarımız

Yazı mədəniyyəti olmayan yazarlarımız
28 mart 2023
# 10:30

Kulis.az Tural Turanın "Yazı mədəniyyəti olmayanlara məktub" adlı yazısını təqdim edir.

İndiki gənc yazarların böyük əksəriyyətinin arxivi yoxdur. Bunu əminliklə deyə bilərəm. Bütün yazdıqları elektron resurslarda – kompüterlərdə, telefonlarda, ən yaxşı halda “hard-disk”lərdədir.

Açığı, mənim modern texnologiyaya güvənim bir az kövrəkdir. Davamlı və ya qalıcı olmasına inamım demək olar ki, yox dərəcəsindədir.

Allah uzaq eləsin, sabah şeirlərinizi, esselərinizi, hekayələrinizi saxladığınız həmin elektron resursların başına bir iş gəlsə, necə olacaq? Bütün yaradıcılığınız bir göz qırpımında yox olub gedəcək.

Uşaq da bağışlasın, bir imza olaraq Leylanın düzündə “lüt-üryan” qalacaqsınız. Ürək ağrısı keçirəcəksiniz, dizinizi qucaqlayacaqsınız.

Sovet dövründə ən zəif yazıçının da şəxsi arxivi - əlyazmaları, çap olunan əsərlərinin nümunələri, hətta çap olunacaq kitablarının siqnal nüsxələri, romanlarının qeydlərindən ibarət qalaq-qalaq dəftərləri var idi.

Hətta bir çoxları gündəlik də tuturdular. Hər günün ictimai-siyasi, ədəbi-mədəni hadisələri haqqında düşüncələrini yazırdılar. Amma indikilərin nəinki gündəlikləri, heç şeirlərinin əlyazmaları da yoxdur.

İndiki gənc yazarlar anlamırlar ki, kağız və dəftərlərə, “skeçbuk”lara yazılanların ömrü daha uzundur. Ev-eşik yanmasa, evdə körpə uşaq əlinə keçməsə, uzun illər qalacaq eksponatlardır.

Eksponat demişkən, bəlkə sabah dövlət sizin ev muzeyinizi açmaq istədi.

Bəs o zaman həmin muzeyə eksponat olaraq nələri yerləşdirəcəklər? Pal-paltarlarınızı və çap olunan kitablarınızı? Bəs sizin əlyazmalarınız, gündəlikləriniz? Bəs sizin yaradıcılığınızı araşdırmaq istəyənlərə yalnız kitablarınızımı qoyub gedəcəksiniz?

Məndən incisəniz də, inciməsəniz də deyəcəyəm; gündəliyi, əlyazmaları, notları, qeydləri olmayan ədiblərin yazı mədəniyyətləri də yoxdur.

Gündəlik yazı vərdişi həm də növbəti onilliklərdə sizin daha da professionallaşmağınıza kömək edəcək.

Hətta bir şeirinizin üzərinə günlər, həftələr sonra yenidən qayıdın. Dəyişikliklərin hamısını orijinal əlyazma variantında saxlayın.

Bir gün pərəstişkarlarından biri Nazim Hikmətdən “Gülhanə parkında...” şeirinin əlyazmasını istəyir. Cavab çox möhtəşəmdir:

– Hansı variantı istəyirsiniz, 43 nüsxə yenilənmiş forması var...

Yazıçı dostlarımla görüşəndə vaxtaşırı onlara bu barədə danışıram. Sözümü eşidənlər də var, qulaqardına vuranlar da... Amma gün gələcək mənim dediklərimi təəssüflə xatırlayacaqlar, o zaman çox gec olacaq.

Hələ də gec deyil, yazını bitirirəm, siz də gedin dəftər və “skeçbuk”lar alıb başlayın...

Yazar babasınız, arxivsiz yazıçı pəncərəsiz ev kimidir. Özünüzdən sonrakı ədəbi miraslar haqqında düşünün. Yaradıcılıq miras deyil, gələcək üçün əsl miras əlyazmalarınızdır.

# 4436 dəfə oxunub

Oxşar xəbərlər

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
"Buker" mükafatına namizəd olan yazıçı vəfat etdi

"Buker" mükafatına namizəd olan yazıçı vəfat etdi

15:25 23 aprel 2026
Prezident Kitabxanasında virtual sərgi hazırlandı

Prezident Kitabxanasında virtual sərgi hazırlandı

15:10 23 aprel 2026
Səhnəsiz qalan aktyorlar - Teatrlarımızda "rol davası" necə həll olunur?

Səhnəsiz qalan aktyorlar - Teatrlarımızda "rol davası" necə həll olunur?

15:00 23 aprel 2026
"The Devil Wears Prada"  filminin ikinci hissəninin premyerası keçirildi

"The Devil Wears Prada" filminin ikinci hissəninin premyerası keçirildi

14:57 23 aprel 2026
Yazıçı Saday Budaqlı əməliyyat olundu

Yazıçı Saday Budaqlı əməliyyat olundu

14:08 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər