Yasin Qarayevə həsr olunan kitabın təqdimatı keçirildi

Yasin Qarayevə həsr olunan kitabın təqdimatı keçirildi
13 oktyabr 2023
# 12:18

Oktyabrın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın aktyoru, Xalq artisti Yasin Qarayevin 75 illiyinə həsr olunan "Alın yazısına inam" adlı kitabın təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri teatrın aktyoru, Əməkdar artist Elnur Bəhramxan açaraq 95 illik teatr ocağına yığışan tamaşaçıları salamlayıb.

Kitabın yazılma tarixi və mahiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra danışmaq üçün söz teatrın direktoru Naidə İsmayılzadəyə verilib.

Direktor Yasin Qarayevi yeni kitab münasibəti ilə təbrik edərək bildirib:

"Mənim uşaqlığım bu teatrda keçib, ilk gördüyüm aktyorlar elə Firəngiz Şərifova, Tariyel Qasımov, Yasin Qarayev olub. Bilirsiniz, bu insanlar teatrın tarixini yaradan insanlardan olublar. Onları yada salmaq gözəldir. Sənətkarları da yaşadan elə budur. Buna görə də mən İlham müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, o, Yasin müəllimin 75 illiyinə bu kitabı hədiyyə edib. Yasin müəllim, sizi təbrik edirəm. Həmişə belə sağlam və gümrah qalın, səhnədə olun. Sizi yaşadan belə kitablardı, tamaşalardı, oynadığınız rollardı. Hər kəsə təşəkkür edirəm".

Daha sonra kitabın müəllifi professor, teatrşünas İlham Rəhimli danışıb. O, Gənc Tamaşaçılar Teatrının tarixindən, teatrda vaxtilə çalışan sənətkarlardan bəhs edib. Kitabın yazılma səbəbindən danışaraq Yasin Qarayevin sənətini hər zaman yüksək qiymətləndirdiyini bildirib:

"Bu teatr mənim üçün çox doğmadır. Burada Yusif Vəliyev, Osman Hacıbəyov, Süsən Məcidova kimi böyük sənətkarlar olub. Çox təəssüflənirəm ki, adlarını çəkdiyim bu qüdrətli sənətkarlar haqqında kitab yazılmadı. Yasin Qarayevi mən 1975-ci ildən üzübəri yaxından tanıyıram. Kitabı onun 75 illik yubikeyinə hədiyyə etmək məqsədi ilə qələmə aldım. Şadam ki, bu gün "Alın yazısına inam" adlı kitabın təqdimatına yığışmısınız. Bu təqdimatın keçirilməsinə görə teatrın rəhbəri Naidə xanıma və bura yığışan hər kəsə öz təşəkkürümü bildirirəm".

Təqdimat boyu Yasin Qarayevlə uzun illər eyni teatrda çalışan, onunla müxtəlif tamaşalarda tərəf müqabili olan Xalq artisti Tariyel Qasımov, Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək sənətkara ürək sözlərini, xoş arzularını bildiriblər.

Sonda Yasin Qarayev çıxış edərək qonaqlara gəldikləri üçün minnətdarlığını bildirib, onlara imzalı kitabını hədiyyə edib.

# 2593 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər