Yaqub Zurufçunun xatirəsi yad olundu

Yaqub Zurufçunun xatirəsi yad olundu
15 sentyabr 2022
# 16:10

Sentyabrın 14-də Nizami Kino Mərkəzində Əməkdar artist Yaqub Zurufçunun xatirə gecəsi keçirilib.


Kulis.az xəbər verir ki, mərasimdə mədəniyyət və ictimaiyyət nümayəndələri, sənətkarın yaxınları və ailə üzvləri iştirak ediblər.


Əvvəlcə qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Y.Zurufçunun həyat yoldaşı Aynur Zurufçu öz təəssüratlarını bölüşərək onun artıq bir ildir aramızda olmadığını vurğulayıb: “Yaqub Zurufçu bütün varlığı ilə Azərbaycan musiqisinə bağlı bir insan idi. O, dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini layiqincə təmsil edib. Nə xoş ki, mən Y.Zurufçunun həyatında varam və daim özümü onun yanında, eyni zamanda, onu da öz yanımda hiss edirəm. Nə qədər bu həyatda varamsa Y.Zurufçunun yaradıcılığına sadiq olacağam və onun sevgidən yoğurulmuş oğlu Atillanı vətənimizə layiqli bir övlad kimi böyüdəcəyəm. İnanıram ki, onu sevənlər yalnız bu zalda deyil, bütün azərbaycanlılar Yaqub Zurufçunu sevirlər və dəyərləndirirlər”.


Əməkdar jurnalist Rəhman Orxan bildirib ki, azadlıq, müstəqillik arzusu ilə alışıb yanan Yaqub Zurufçu uzun illər qəribçilikdə yaşasa da, onun Vətən sevgisi heç vaxt azalmayıb. Elə bu səbəbdən də onun mahnıları gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.


Dünya Azərbaycanlıları Konqresinin mədəniyyət məsələləri üzrə sədr müavini və 15 il Yaqub Zurufçu ilə çalışmış Xəzər Emin deyib: "Y.Zurufçu tez-tez cəbhə bölgəsində əsgərlər üçün konsertlər verirdi. Onun sənəti ilə şəxsiyyəti vəhdət təşkil edirdi. Elə şəxsiyyətlər var ki, onlar özlərindən sonra silinməz iz buraxırlar. Yaqub Zurufçu məhz belə insanlardandı. O, Azərbaycanı çox sevirdi, burada yaşamaq onun ən böyük arzusu idi”.
Xalq artisti Azər Zeynalov qeyd edib ki, Yaqub Zurufçunun səsində bir ruh dolaşır və o ruhun yaşamağa haqqı var: "Yaqub yaşamaqdan zövq alan bir insan idi. Onun “Ayrılıq” mahnısı Arazın hər iki sahilində yaşayan doğma, əziz insanları birliyə səsləyib. Yaqub Zurufçu uzun illər Vətəndən ayrı yaşadığı üçün həmin mahnını ürək yanğısı ilə oxuyurdu".


Tədbirdə qeyd edilib ki, Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərində anadan olub. O, ilk dəfə 15 yaşında Təbrizin Milli Televiziyasında çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.

# 2481 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər