Xumar Qədimovadan yeni mahnı 

Xumar Qədimova. Əməkdar artist

Xumar Qədimova. Əməkdar artist

9 noyabr 2021
# 12:32

Əməkdar artist Xumar Qədimova “Şuşa” adlı yeni mahnı ifa edib. Mahnının sözləri Rəşad Məcidə, ifası Xumar Qədimovaya məxsusdur.

Bu barədə kulis.aza Rəşad Məcid və Xumar Qədimova özləri məlumat veriblər. Xumar Qədimova bildirib ki, şeirin ilk dinləyicilərindən biri olub və çox təsirlənib:

“Bilirsiniz ki, mən ilk dəfə sənətə Şuşaya həsr etdiyim “İsa bulağı” mahnısı ilə gəlmişəm. Ona görə də Şuşaya, qələbəmizə, zəfərimizə mahnı bəstələməliydim. Bu olmalıydı. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hislərlə yazılmışdı. Qərara gəldim ki, bu şeirə musiqi bəstələyim. Dediyim kimi də etdim, mahnını bəstələyib, sonra da oxudum. Mənə elə gəlir ki, bu mahnı Şuşaya həsr olunmuş mahnıların tacıdır. Bu mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.

Şeirin sözlərinin müəllifi Rəşad Məcid bildirib ki, 42 illik fasilədən sonra o, ilk dəfə yenidən Şuşa haqqında şeir yazıb:

“Bildiyiniz kimi Xumar Qədimova mənim bir neçə şeirimə mahnı bəstələyib. Hamısı da maraqla qarşılanıb və çox lirik mahnılar olub. Bu dəfə isə mən “Xarı bülbül” musiqi festivalı zamanı Şuşada olarkən Azərbaycan prezidentinin “dünyanın bütün şəhələrini gördüm, amma Şuşaya bənzər şəhər görmədim” sözlərindən ilhamlanaraq mayın 13-də qırx iki illik fasilədən sonra yenə Şuşa haqqında şeir yazdım. İlk şeirimin adı “Cıdır düzü” olmuşdu. Onu on beş yaşımda 1979-cu ildə yzmışdım. Yeni şeirm isə bir çox yerlərdə dərc olundu, özüm də efirdən səsləndirdim. Xumar xanım da şeirlə bağlı fikirlərini bildirdi və əlavə etdi ki, şeirə mahnı bəstələmək istəyir. Zəfər günləri ərəfəsində musiqini mənə yolladı. Düzü bir az təəccübləndim. Bu ifa Xumar xanımın digər ifalarından fərqli idi. Elə dinləyən kimi də musiqini cəngavərlik və qəhrəmanlıq mahnısı kimi qəbul etdim".

Rəşad Məcid yaxın günlərdə mahnının geniş təqdimatının olacağını da qeyd edib:

"Düşünürük ki, yaxın günlərdə mahnının geniş təqdimatını edək. Mahnının sözləri və musiqisi imkan verir ki, çox əzəmətli klip hazırlansın. Çox güman ki, yaxın gələcəkdə klipin hazırlanmasını həyata keçirmək üçün dəstək göstərənlər olacaq".

# 5018 dəfə oxunub

Oxşar xəbərlər

Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

13:30 2 iyun 2026
Fahişələrlə amansız rəftar, 32 illik həbs... - Özünü "kainatın ən böyük əxlaqsızı" adlandıran yazıçı

Fahişələrlə amansız rəftar, 32 illik həbs... - Özünü "kainatın ən böyük əxlaqsızı" adlandıran yazıçı

12:35 2 iyun 2026
Milyonlarla dollar dəyəri olan məşhur əsər oğurlandı

Milyonlarla dollar dəyəri olan məşhur əsər oğurlandı

12:20 2 iyun 2026
Ömrünün axırına qədər tək yaşayan görkəmli rejissorumuz kimdir?

Ömrünün axırına qədər tək yaşayan görkəmli rejissorumuz kimdir?

10:25 2 iyun 2026
Qızından sonra oğlu da soyadından imtina etdi

Qızından sonra oğlu da soyadından imtina etdi

10:09 2 iyun 2026
Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü  qeyd olundu

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

18:20 1 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər