XİN-nin Xocalı soyqırımı ilə bağlı keçirdiyi esse müsabiqəsinin qalibləri məlum oldu

XİN-nin Xocalı soyqırımı ilə bağlı keçirdiyi esse müsabiqəsinin qalibləri məlum oldu
23 fevral 2023
# 21:53

23 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllülər arasında keçirilmiş esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma tədbiri keçirilib.

XİN-dən APA-ya bildirilib ki, mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Xocalı soyqırımının ötən əsrin 80-ci illərindən etibarən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin davamı olduğunu, habelə bu cinayətin Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və dözümsüzlük siyasətinin bir parçası kimi qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Hazırda 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatının Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirən nazir müavini Xələf Xələfov, Azərbaycanın bundan sonra da həm milli, həm də beynəlxalq səviyyədə Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş cinayətlərə, o cümlədən Xocalı soyqırımının törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzasızlığına son qoyulması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində aparılan fəaliyyətin vacibliyindən bəhs edən nazir müavini Xələf Xələfov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində müxtəlif ölkələrdə təşkil olunmuş tədbirlər, konfranslar, seminar və layihələrin səmərəli nəticələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Xocalı soyqırımımn tanıdılması istiqamətində həyata keçirilən layihələrdə gənclərin rolu, habelə XİN-də ilk dəfə olaraq keçirilən bu kimi təşəbbüslərin davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə könüllülər arasında müxtəlif mövzuları özündə ehtiva edən esse müsabiqəsinin keçirilməsində məqsədin ixtisasından asılı olmayaraq bir çox könüllünün müsabiqəyə cəlb olunmasına şərait yaratmaq, onları Xocalı soyqırımı ilə bağlı faktların dərindən araşdırılmasına yönəltmək və Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması, bu kimi cinayətlərin cəzalandırılmasının post-münaqişə dövründə sülh prosesinə töhfəsi barədə gənclərimizin yanaşmasının öyrənilməsi olduğunu bildirib.

Sözügedən təşəbbüsə 23 könüllü təşkilatından, o cümlədən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, ADA Könüllüləri, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Assosiyasiyası İctimai Birliyi, Ağdam könüllüləri, Azərbaycan Mühəndislər Birliyi, Bakı Ali Neft Məktəbinin Könüllüləri, Bakı Gənclər Mərkəzi, BMT Könüllüləri, “Bir” Tələbə-Könüllü proqramı, DAVAM, Diaspor könüllüləri, Diplomatiya könüllüləri, Eko könüllülər, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “İrəli” İctimai Birliyi, “Gender Hub Azerbaijan” Könüllüləri, Gənc Könüllülər, Gənclər İctimai Birliyi, Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti, "Könüllü gömrükçü" dəstəsi, Mediasiya Şurası Könüllüləri, Qayıdış Könüllüləri, SOCAR Könüllülərindən 50-dən çox iştirakçının qatıldığı bildirilib.

Sonda isə esse müsabiqəsində I yeri tutmuş Tələbələrin İqtisadiyyat və Menecment üzrə Assosiyasiyası İctimai Birliyinin (AIESEC) könüllüsü Balaxanım Abbaszadə, II yerin qalibi Gənc Könüllülər İctimai Birliyinin könüllüsü Mədinə Mustafayeva və III yer üzrə Kəşfiyyatçı Geofiziklər Cəmiyyətinin Bakı Ali Neft Məktəbi üzrə tələbə bölməsinin könüllüsü Fidan Cəbrayılova diplom və hədiyyələrlə təltif edilib

# 2297 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər