Xəyal gücü – Yeni hekayə

Xəyal gücü – Yeni hekayə
21 aprel 2022
# 14:01

Kulis.az Mina Rəşidin “Xəyal gücü” hekayəsini təqdim edir.

Biri vardı, biri yoxdu. Selcan adlı balaca bir qız anasıyla kasıb bir daxmada yaşayırdı. O, xəyal qurmağı çox sevərdi. Məsələn, hərdən uçuq-sökük daxmalarını xəyalında yaraşıqlı bir evlə əvəz edirdi. Xəyal gücü ilə ətrafında hər şeyi dəyişərək özünə gözəl bir dünya qurmağı bacarırdı. Buna görə də heç bir ehtiyac onun məsum çöhrəsindəki işıqlı təbəssümə kölgə sala bilmirdi.

Bir gün Selcan yenə xəyal dünyasında harasa çıxıb getmişdi. Gözlərini açanda qarşısında gözəl, yaraşıqlı bir ev gördü. Qız çaş-baş qaldı. Axı bu evi o xəyalında görmüşdü. Elə bu vaxt evdən bir səs eşidildi.

– Kömək edin, kömək edin...

Selcan evə yaxınlaşdı, qapını açıb içəri keçdi. Evin küncündə yıxılıb qalmış qoca qarı onu görəndə sevindi:

– Əlini mənə ver, qalxım, gözəl balam. Nə yaxşı gəldin, səni Allah yetirdi...

Qız nənənin ayağa qalxmasına kömək elədi, ona su gətirdi. Nənə onu qucaqladı və kim olduğunu soruşdu. Selcan hər şeyi danışdı. Təkcə kasıb olduqlarını söyləmədi. Qadın ona şirin kökələr verib yola saldı.

Selcan sevinə-sevinə evlərinə gəldi və olanları anasına danışdı. Anasının qarıya rəhmi gəldi, ona hər gün baş çəkməyi qərara aldı. Beləcə, ana-bala onlar hər gün gedib qarıya yardım edirdilər. Bir gün qarı öyrəndi ki, onlar uçuq daxmada yaşayırlar. O, bir vəsiyyətnamə yazdırdı. Bir neçə gündən sonra qarı dünyasını dəyişdi. Məlum oldu ki, nənə Selcanın xəyalında gəzdirdiyi o yaraşıqlı evi və bütün varidatını ona bağışlayıb...

Hə, balaca dostum, deyirlər, nəyi ürəkdən istəsən və ona can atsan bir gün o arzuna çatarsan...

# 5231 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər