Sizin əvəzinizə üzr istəyənlər, qızla tanış olanlar, nəcis təmizləyənlər... Qeyri-adi xidmətlər

<b>Sizin əvəzinizə üzr istəyənlər, qızla tanış olanlar, nəcis təmizləyənlər... </b> – <span style="color:red;">Qeyri-adi xidmətlər
27 noyabr 2017
# 13:10

Kapitalizmin ən böyük üstünlüklərindən biri müxtəlif əmtəə və xidmət növləri təklif edə bilməsidir. Əgər tələb varsa təklif də olacaq. Müasir dünyada nə istəsəniz sifariş verib ala bilərsiniz! Elan bölmələrində nə xidmətlərə rast gəlmirik!

Kulis.az dünyada yayılmış 15 qeyri-adi xidmət növünü təqdim edir.

1. “Paxmel”dən əziyyət çəkənlər üçün avtobus

Gecə çox içmisiniz? Başınız ağrıyır? Ürəyiniz bulanır? Las-Veqasda xidmət göstərən bu avtobus sizi “paxmel”dən xilas edə bilər. Burda istənilən xidmət göstərilir. Təəssüf ki, qiymətləri bahadır.

2. İcarəyə verilən küçüklər

ABŞ-ın Yuta ştatında saatı on beş dollara şipşirin küçükləri icarəyə götürə bilərsiniz. Kompaniya itləri qapınıza qədər gətirir. Maraqlıdır ki, sınaq məqsədi ilə küçükləri icarəyə götürənlər həmişəlik dördayaqlı dostlarına bağlanaraq onları geri qaytarmırlar.

3. Paparassi xidməti

Nə vaxtsa özünüzü məşhurkimi hiss etmək istəmisiniz? İndi məşhur olmaq 500 dollara (qiymətlər 500 dollardan başlayır) mümkündür. “Celeb 4 a Day” (“Bir günlük məşhur”) şirkəti sizə paparassi və fanat xidməti təklif edir. Təyin edilmiş adamlar əsl fanatınızmış kimi heyrətdən çığıracaq və siz küçədə gedərkən fotonuzu çəkəcəklər. Bu xidmət hələ ki, yalnız Nyu-York, Los-Anceles və San-Fransiskoda göstərilir.

4. Çağırışla gələn cırtdan

Ziyafət məclisinizi unudulmaz etmək, ona şən əhval-ruhiyyə qatmaq istəyirsiniz? Əgər ABŞ, Böyük Britaniya və ya Kanadada yaşayırsınızsa bu mümkündür. Cırtdan sifarişə verə bilərsiniz, o da öz növbəsində sizin məclisinizi şənləndirər, ona şuxluq qatar.

5. İcarəyə verilən nənələr

“İcarəyə verilən nənə” adlı Avstraliya şirkəti müxtəlif növ nənələri xidmətinizə təklif edir. Ödəniş saat hesabıdır. Nənələr sizinlə əyləncəli vaxt keçirə, nağıl danışa, piroq bişirə bilər.

6. “Üzr istəyirik” adlı yapon xidməti

Üzr istəmək həmişə çətindir, yaponlar da bu baxımdan istisna deyillər. Buna görə də Yaponiyadakı bir neçə şirkət düşünüb ki, sizin yerinizə üzr istəməyə hazır olan insanlara ehtiyac var. Bu kompaniyalar sizin əvəzinə kimdən istəsəniz və nəyə görə istəsəniz üzr istəyə bilər. Təbii ki, havayı yox. Xidmətin qiyməti 96 dollardan başlayıb (telefonla üzrxahlığa görə) 240 dollara qədər (üzbəüz üzr istəməyə görə) dəyişir.

7. Öz külündən portret hazırlatdırmaq

Virciniya ştatında yerləşən kompaniya cəmi 127 dollara ölən yaxınınızın külündən portret hazırlaya bilər.

8. İcarəyə verilən toyuqlar

Başqa bir Avstraliya kompaniyası toyuq icarəyə götürmək imkanı yaradır. Kompaniyanın şüarı belədir: “Əgər toyuğu geri qaytarsanız bu addımınız icarə hesab olunacaq. Özünüzdə saxlasanız, almış sayılırsınız.”

9. Ölümə məhkum olunmuş adamın kamerasına yemək göndərmək

Kanadada yerləşən “Sonuncu nahar” adlı kompaniya ölüm hökmünə məhkum olunmuşlara sonuncu dəfə nahar etmək təklifi verir. Komplektə DVD-disk və məhkumun kağızdan hazırlanmış maskası daxildir.

10. İcarəyə götürülmüş dost

RentAFriend.com saytı sizə dost təklif edir. 2009-cu ildən başlayaraq bu şirkət dünyanın hər tərəfində özünə dost icarəyə götürmək imkanı yaradır. İcarə haqqı bir saat üçün 10 dollardır.

11. Xarici vətəndaşları icarəyə götürmək

Yapon kompaniyası isə xarici vətəndaşları icarəyə götürmək xidməti təklif edir. Yaponiyaya turist kimi gəlmisiniz və ya orda tələbəsinizsə bu sizin üçün əla iş ola bilər.

12. Qız tutmaq üçün köməkçi

Professional Wingman şirkəti Nyu-York və Bostonda, Wingman Pro şirkəti isə Los-Ancelesdə yaşayanlar üçün belə bir xidmət təklif edir. İcarəyə götürdüyünüz adam barda qız tutmaq üçün sizə kömək edir. Məsələ sadədir: Simpatik və özünə arxayın aktyor “buzları əritmək üçün” ünsiyyət qurur, qalanı sizin öz fərasətinizə qalıb.

13. Sizin əvəzinizə bar və ya başqa gecə klubu seçənlər

Bəzən gecə klubunu seçməkdə çətinlik çəkirsiniz. Qorxursunuz ki, klubda adam siz istəyinizdən çox və ya az olar? Bunu əvvəlcədən necə bilmək olar? Artıq iPhone üçün Crowdmug tətbiqi ilə bu kimi suallara cavab tapa bilərsiniz. Bar və ya gecə klubunu seçirsiniz. Həmin vaxt o məkanda olan adam isə telefonuna gələn bildirişdən sonra zalın fotosunu çəkib yollayır. Əla. Siz divandan durmadan gedəcəyiniz məkanı içəridən görmüş olursunuz, sizin üçün fotonu çəkən adam isə pul qazanır.

14. İtinizin nəcisini təmizləyənlər

Əgər itinizin nəcisini təmizləməyə ərinizsinizsə Virciniyada yerləşən DoodyCalls şirkəti bunu sizin əvəzinizə edə bilər. Şirkət 2000-ci ildən itlərin nəcisini təmizləməklə məşğuldur.

15. Sizin əvəzinizə növbədə dayananlar

Növbə bütün şəhərlərin problemidir, elə Nyu-Yorkun da. Hər saat üçün 25 dollar və növbəti yarım saatlar üçün əlavə 10 dollar ödəməklə adam icarəyə götürə bilərsiniz. Həmin adam sizin əvəzinizə növbədə dayanacaq.

# 2700 dəfə oxunub

Oxşar xəbərlər

Raqif Raufoğlunun imza günü olacaq

Raqif Raufoğlunun imza günü olacaq

10:00 28 aprel 2024
Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

22:21 27 aprel 2024
Namiq Hacıheydərli vəfat etdi

Namiq Hacıheydərli vəfat etdi

19:59 27 aprel 2024
"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

16:50 27 aprel 2024
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

16:30 27 aprel 2024
Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

15:30 27 aprel 2024
# # #