Kulis.az dünyanın müxtəlif yerlərdə yerinə yetirilən qeyri-adi salamlaşma rituallarını təqdim edir.
1. Filippinlilər

Böyüklərin əlini alınlarına qoyurlar.
2. Yaponlar

Bir-birinin qarşısında əyilirlər.
3. Hindlilər

“Nameste” deyərək əllərinin içini sinələrində bir-birinə sıxırlar.
4. Tailandlılar

Hindlilər kimi salamlaşırlar. Sadəcə əllərini sıxanda baş barmaqlarını çənələrinə, barmaq uclarına alınlarına söykəyirlər.
5. Fransızlar

Bir-birinin yanağından öpürlər
6. Maorilər (Yeni Zelandiya)

Burunlarını və alınlarını bir-birinə söykəyirlər.
7. Monqollar

Əyilərək bir-birlərinin qollarından tutub xəfifcə yellənirlər.
8. Tıvalılar

Yanaqlarını bir-birinə söykəyib dərindən nəfəs alırlar.
9. Yunanlar

Bir-birinin çiyninə, yaxud kürəyinə əllə toxunurlar
10. Keniyalılar

Dairə yaradıb yüksəyə tullanaraq slamlaşırlar
11. Malayziyalılar

Bir-birlərinin barmaqlarına iki əllə toxunaraq əllərini ürəklərinin üstünə qoyurlar.
12. Tibetlilər

IX əsrdə yaşamış qara dilli bir Tibet kralı olub. Tibetlilər o kralın reankarnasiyası (yenidən dünyaya gəlmə) olmadıqlarını bildirmək üçün salamlaşanda dillərini çıxardırlar.