Namiq Məna təyinatından “hörmət” iyi gəlir – Yazarlardan AYB-yə ETİRAZ

<b>Namiq Məna təyinatından “hörmət” iyi gəlir – Yazarlardan AYB-yə <span style="color:red;">ETİRAZ </b>
26 sentyabr 2017
# 13:17

Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Məna Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinə sədr seçilib.

Görəsən, bu qərar düzgündürmü? Yazarlar bu haqda nə düşünür?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Rəhim Əliyev

- Namiq Mənanın sədr seçilməsi populizmdir. Başqa heç bir adı yoxdur bunun. Qubadlı rayon bölməsinin sədri. Qubadlı var indi? Yazıçılar Birliyi guya bilmir bunu? Nəyə yarayır ki, olmayan bir yerə sədr seçmək? Yazıçılar Birliyi populizmə gedir, özünə xalq qazanmaq istəyir. Axı qurumun ləğv olunması söhbəti var. Ona görə də bu cür populizmə gedirlər. Namiq Mənanı sədr seçməyin heç bir mənası yoxdur. Özləri üçün oynayırlar. Uşaq kimi oyun qurublar.

Rasim Qaraca

- Anarın imzasıyla təsdiq olunubsa burada heyrətlənəcək bir şey yoxdur, bənzəri saxtakarlıqları hər zaman görmüşük. "26-lar" hadisəsi də AYB sədrinin gizli işlər çevirdiyini ortaya çıxartdı. Olmayan rayona tanınmayan bir yazarın filial rəhbəri təyin olunmasından “hörmət” qoxusu gəlir.

İradə Musayeva

- Guya o biriləri nədir ki? Tamadadan meyxanaçı yaxşıdır.

Elçin Hüseynbəyli

- Düzü, belə bir bölmənin yaradıldığını təzəcə eşitmişəm və təfərrüatını bilmirəm. Amma düşünürəm ki, AYB-nin hər rayon üçün filialının açılması effektli olmaz. Çünki onlara büdcə ayrılmır. Əgər büdcə ayrılsa və bir neçə adam da orda işləyib maaş alsa, işin xeyrinə olar.

Azad Qaradərəli

- Mən AYB üzvü olmamışam və yəqin ki, heç vaxt oranın üzvü də olmayacam. Bəlkə də o qurumun üzvü olmayan birinin fikir bildirməyi absurd görünə bilər. Amma gəlin etiraf edək ki, bu Yazıçılar Birliyindən gözlənilirdi. Namiq Mənanın sədrliyinə çox təəssüf edirəm. Bu qurum yazıçıların bir yerə toplandığı, iddialı bir təşkilatdır. Onlar Azərbaycan ədəbiyyatının təbliği üçün ciddi, hərtərəfli iş görərlər. Ancaq biz AYB-ni məhz bu tərəfdən tənqid etdikcə qurumun başqa ayıbları ortaya çıxdı. Son vaxtlar da “26-lar kafesi” ilə bağlı məlum hadisə... O binaya müqəddəs deyirlər. Amma artıq orda müqəddəs heç nə qalmayıb. Namiq Mənanın da Qubadlı bölməsinə sədr təyin olunması göstərdi ki, bu qurumun gələcəyi yoxdur. Yazıçılar Birliyindən uğurlar, yaxşılıqlar gözləmək əbəsdir. Elə onlara yaraşan məhz bədihə və şəbədə imiş.

Emin Piri

- Düzü, mənim üçün bu təyinat gözlənilməzdir. AYB rəhbərliyinin qərarı budu, belə məsləhət görüblər. Mənim nəsə deməyim nəyisə həll etmir. Sadəcə Namiq Məna bundan sonra AYB üzvlərini, meyxanadan ayrı yaradıcılıq sahələrinə daha çox vaxt ayırsa yaxşı olardı. Ciddi yaradıcılıqla toylarda şeir söyləyib həcvlər söyləmək tam fərqli şeylərdi. Nə deyə bilərəm? Qonaqlıq versin etiraz etməyim.

Aqşin Yenisey

- Əladır! İndicə başqa bir saytdan da soruşurdular ki, Namiq Mənanın AYB-ni mənalandırmasına necə baxırsınız, işimi-gücümü buraxıb onlara da dedim əla baxıram. Təşəkkür etdilər, sağ olsunlar. Amma bir az da səksəkəli baxıram. Denən niyə? Çünki Anar müəllim 30 ildir əlindəki imtiyazlarla Azərbaycan ədəbiyyatını mənasızlaşdırmaqla məşğuldur, görəsən, birdən-birə niyə onu Mənalandırmaq fikrinə düşdü? Nə qədər gənc istedadı 200 manat təqaüdə satın alıb pomidor şitili kimi əzdilər orda, mənasızlaşdırdılar, indi xəpdən bu boyda Mənanı birdən-birə işə cəlb etmək hardan çıxdı? Ancaq yenə məlum oldu ki, AYB rəhbərliyi mənanı həmişə zahiri effektlərdə axtarır, bəlkə də, Anar müəllim Namiq Mənanın görkəminə güvənib onu işə almaqla təşkilatın otuz ildə yığılıb qalmış mənasızlığını birdəfəlik doldurmaq istəyir, nə bilmək olar, bu sovet yazıçılarından nə desəniz gözləmək olar. O gün görmədinizmi kafe açıb striptizdən gələn gəlirlə Azərbaycan ədəbiyyatına xidmət etdiklərini necə şappadan qaxdılar başımıza?! Mənə elə gəlir ki, Namiq də orda mənasızlaşacaq. Nə Namiqlər mənasızlaşdı orda!

Mehriban Vəzir

Normal qarşılayıram. Tam AYB-nin ədəbi siyasətinə uyğun təyinatdır.

# 1180 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #